Skip to main content

Posts

Showing posts from May, 2018

Balabanovu 8 maddədə tanıyaq - Video

Rusiyalı rejissor Aleksey Balabanov 1959-cu ildə Sverdlovsk (indiki Yekaterinburq) şəhərində anadan olub. 1981-1983-cü illərdə Sovet ordusu sıralarında Afrika və Asiyada olub. Bu təcrübəsi ona "Груз 200" filmini çəkməyə kömək edib. Rejissor 2013-cü ildə dünyasını dəyişib. Ölümündən öncə Stalinin gəncliyi və dostu Sergey Bodrov haqqında yazdığı ssenariləri filmləşdirməyə hazırlaşırmış.

Cəfər Pənahi - "Offside" filminin ideyası haqda | Azərbaycanca alt yazılı

İranda qadınların stadiona girmə qadağası var. Rejissor Cəfər Pənahi bu qadağanın fonunda təməl insan haqqlarını mövzu edən "Offside" filmini çəkmək fikrinə necə gəldiyini, ideyanın hardan çıxdığını açıqlayır: "həmişə bir yol var". Qısa müsahibə azərbaycanca alt yazılı:

Yuval Noah Harari - Planeti niyə insanlar idarə edirlər | Azərbaycanca alt yazı

Dünya şöhrətli israilli tarixçi - Sapiens seriyasının müəllifi Yuval Noah Harari TED çıxışı zamanı niyə digər heyvanların deyil, məhz insanların dünyanı idarə etdiyini aydınlaşdırmağa çalışır. İnsanın yaşadığı ikili reallıq dünyası, heyvanların və insanların kommunikasiya fərqləri barədə maraqlı çıxışı azərbaycanca alt yazılı formada izləmək imkanınız var