Skip to main content

Posts

Showing posts from June, 2018

Gustavo Santaolalla | Ən yaxşı musiqiyə görə ikiqat Oskar mükafatçısı - Video

Gustavo Alfredo Santaolalla 1951-ci ildə Argentinada - El Palomarda anadan olub. Bəstəkar iki dəfə "Academy Awards for Best Original Score" nominasiyasında qalib olub. "Brokeback Mountain", "Babel" filmlərinə yazdığı bəstələrdən başqa, Gustavo "The Last of Us" oyunu üçün yazdığı parça ilə də tanınır. "Making a Murderer" serialının musiqisi də ona aiddi.

Jodorowsky "Psychomagic: An Art That Heals" filmi üçün insanlara müraciət edir | Azərbaycanca alt yazı

Alejandro Jodorowsky "Psychomagic: An Art That Heals" filmini çəkməyə hazırlaşır. Dünya şöhrətli çilili rejissor ənənəvi olaraq, çəkəcəyi film üçün açıq fond elan edib, insanlara müraciət edir. O, bu çıxışında sənayeləşmiş kinodan, özünün etmək istədiyi kino inqilabından və uşaqlığından danışır. Jodorowsky özü bu müraciətləri "müqəddəs dilənçilik" adlandırır. Digər müraciətini izlə: https://bit.ly/2sVUJhk

Abbas Kiarostami şeir oxuyur | Azərbaycanca alt yazılı

Çinar ağaclarından fotolar çəkmək üçün Kəşan yolunda səfərdə idi. Həmin gün "Atəş" kitabının ilk nüsxəsi çapdan çıxmış, ustadın əlinə gəlmişdi. Coşqu ilə kitabı vərəqləyir və şeir oxuyurdu: "Cənazəmi görsən, demə: vida, vida, Mənim bu hicrim zamanla görüşüm olsun. Basdırılmağımı görsən, dönüşümü düşün, Qürub şəms və qəmərə niyə nöqsan olsun?"

Krzysztof Kieślowski ilə "Blue" filmindən kino dərsi - Video | Azərbaycanca

Dünya kino dahilərindən Kieślowski müsahibəsində "Blue" filmində istifadə etdiyi bir detalla yaxın planın mənasını açır: "Biz qəhrəmanın dünyasını onun öz baxış bucağından göstərməyə çalışırıq. Yəni, o, yaxınlığındakı belə kiçik şeyləri görür, onlara fokuslanır, örnəklərlə göstəririk ki, geri qalanlar ona önəmli deyil"

Sartre və Simone de Beauvoirın yaşadığı evdən reportaj | Azərbaycanca alt yazı

"Parisin ürəyi - Raspail bulvarında dövrünün ən məşhur və mübahisəli yazıçısı Sartr yaşayır. Bu sadə ev bir növ bəşəri vicdanı təmsil edir" Vyetnam müharibəsi və bütövlükdə imperializmə qarşı mübarizənin əsas simalarından biri, dövrünün və tarixin böyük filosoflarından olan Sartr və onun açıq münasibətdə olduğu - Simonun birgə yaşadıqları evdən 1967-ci ildə hazırlanmış reportaj. Azərbaycanca alt yazı ilə

Müasir incəsənəti məsxərəyə qoyan film - The Square - Vlog

Filmlər və kitablar barədə silsilə vlogların ilki hazırdı. 2017-ci ilin Qızıl Palma Budağını qazanan "Kavdrat" müasir incəsənət və onu təqdim edənləri məzə obyektinə çevirir, ictimai münasibətlərə yeni baxış təqdim edir. Rejissor Ruben Östlund, özünün də dediyi kimi - sosial məsuliyyətləri satira ilə sintez edərək situativ komediya yaradıb, faciəvi məqamları da bu xronometraja sığışdırıb: "Filmin əvvəlindəki oğurluq səhnəsi birbaşa yaşadığım - başıma gələn bir hadisədir. Qızın kömək istədiyi oğlan məndən kömək istədi və biz kiçik bir qurub yaradıb, problemi həll etməyə çalışdıq. Məni daha çox düşündürən məhz bu kommunikasiya olmuşdu. Fikrimcə, ictimai yerdə özünü təhlükəsiz hiss edən istənilən şəxs başqa birinə yaxınlaşıb, ondan kömək istəyə bilər”

Alejandro Jodorowsky "Poesía Sin Fin" üçün pul "dilənir" - Video

Alejandro Jodorowsky filmlərini sənaye kinosundan qorumaq üçün, bu iyrənc sənaye mühitinə bulaşmamaq üçün insanların yardımı ilə çəkir. Hər filmdən əvvəl aksiya başlanır, insanlar film üçün lazım olan büdcəni toplayırlar. Jodorowsky, ənənəvi olaraq, hər filmindən öncə insanlara bu formada müraciət edir. Bu müraciətində rejissor sənayeləşmiş kinodan, Hollywoodun dünya kinosuna verdiyi zərərdən və özünün gördüyü bu işin mahiyyətindən danışır. "Poesía Sin Fin" (Endless Poetry) filmindən öncə edilən videomüraciəti azərbaycanca alt yazı ilə izləyin. "Hamımız karıxmışıq, çünki bütün gün pul barədə düşünürük, çünki biz iqtisadiyyatın kölələriyik. Həqiqi sənət insanlarda daha çox ruhu, qəlbi dəyişməlidi. Mən teatra gedəndə ordan fərqli insan kimi çıxmalıyam. Film mənə nəsə verməlidi: ümid, bilik...Mənim orda olduğunu belə bilmədiyim, içimdə  qalan bir gizli gözəllik"