Skip to main content

Posts

Showing posts from July, 2018

Ken Loach: "Kapitalizm insanları və onların həyatlarını məhv edir" - Müsahibə

Futbol sosialist bir birlikdi və kapitalizmin milyonlarla dolları bu həqiqəti və birliyi parçalaya bilmir. Ya da bilir, bunun önəmi yoxdu. Yuxarıdakı sitat Sartre və onun kimi onlarla insanın beynindən keçib. Bu fikrin səyahət etdiyi daha bir beyin Ken Loach I, Daniel Blake filminə görə BAFTA mükafatı qazananda belə bir çıxış etmişdi: "İqtidar bu ölkədəki ən çarəsiz və yoxsul insanlara qarşı olduqca soyuqqanlı bir şəkildə qəddar rəftar edir. Utancverici bir qəddarlıqdı bu. Qorumağa söz verdiyimiz mühacir uşaqlarını sərhəd kənarında saxlamağa qədər çıxan bir qəddarlıq. Filmlər çox işə yaraya bilər: əyləndirər, qorxudar, bizi xəyallara aparar, qəhqəhə çəkdirər və bizə real dünyanın reallıqlarını göstərər. Bu həqiqi dünya get-gedə qaranlığa boğulur. Yaxınlaşan bir mübarizənin bir tərəfində sərmayə və iqtidar nümayəndələri var digər yanında isə xalq. Biz - kino işçiləri xalqın yanındayıq". - I, Daniel Blake-də baş rol üçün Dave Johnsu niyə seçdiz? - Filmdəki baş qəhrəman 6...

Kostyum kinosu etalonu - Barry Lyndon

18-ci əsri təsvir edən filmin geyimləri 18 aya hazırlanıb və bugünə qədər "kostyum kinosu etalonu" sayılır. Film görüntüsünə görə, hələ də ən yaxşılar sırasında sayılır. Filmdəki hekayəçilik fəndini üslubuna görə sonralar Trier təkrarladı.

Cihazın üzrü - Hekayə

Bağışla, mən sənin gördüklərini görə bilmirəm. Əslində, bəzilərini görürəm. Özü də səndən daha yaxşı. Amma elə ki qaranlıq düşür, sayrışan işıqlara, uzaqdan görünən, az qala dağa çiynini söykəmiş köhnə otel binasına zillənirsən, işlər korlanır. Düzdü, mən necə həzz aldığını hiss edirəm, amma inan, o anlar mənim üçün işgəncədən başqa bir şey olmur. Çünki həmin işıqlar mənə o qədər qarışıq nüfuz edir ki, bəzən başımı itirirəm. Sənin nə qədər pərişan olduğunu da hiss edirəm. Bəzən də fikirləşirəm ki, artıq sonum gəlib: indicə hirsin pikə çatacaq, vəssalam. Səni həmişə pis vəziyyətdə qoyduğumu da dərk edirəm. Keçən dəfə, yağışlı bir gündə otelin pəncərəsindən yatağının əksini görməyə cəhd edirdin. Kəsilməyən yay yağışı, əks olunan ağappaq yataq və arxası üstdə uzanıb səni gözləyən gözəlçə... Oooh! O gözəlçə yox, sənin qara cəketin imiş. Bağışla, heç istəməzdim səni bu qədər pərişan edim, amma and olsun ki, mən sadəcə elə gördüm. Tül pərdədən baxdığın küçəni də yaxşı xatırlayıram. And i...