Skip to main content

Posts

Showing posts from October, 2019

Keçmişin paslanmış əqrəbləri - Hekayə

Bu dəfə dərsini yaxşı hazırlamış şagird kimi həvəslə, həm də vaxtında görüş yerinə çatdım, qapını açar-açmaz cəld bu palataya bənzəyən təmirsiz otağa nəzər saldım, pəncərəni, yarımçıq boyanmış divarı, stulları yaddaşıma yazdım və stuluma bir də heç vaxt qalxmayacaqmış kimi oturdum, dərhal söhbətə başladım: - Hər şeyi dəqiqliklə bilirəm. Olduğu kimi. Ağlımda nə qalıbsa... Bəzi şeylər… Onları unutmuşam bəlkə də, amma xatırlamağa çalışacam. Bunu o qədər əminliklə dedim ki, cavabın nə olacağını belə gözləmədən düşünməyə başlayacaqdım. Di gəl ki... - Yox, ona cəhd etməyin, lütfən, düşünməyin!. Sadəcə gözünüzdə canlananları danışın - deyə cavab verdi, qarşımda əyləşən gənc xanım. - Bəlkə də düşünsəm, daha çoxunu xatırlayaram. Bunun köməyi olmaz? - Əsla! Beyin belə hallarda bizi aldadır, daha doğrusu, oyun oynayır. Daha çox düşündükcə daha çox şey xatırlamırıq, sadəcə xatirələr inşa edirik. - Mən uydurmamağa çalışacam. - Lütfən, mənim qaydalarımla davam edək. Düşünməyin, gözünüzü yum...