Skip to main content

Posts

Showing posts from November, 2019

Çarpayı - Hekayə

Bu vaxta qədər müxtəlif çarpayılarda uzanmışam. Həbsxanada da, xəstəxanada da, evdə də, hətta dəlixanada da bunu sadəcə yatmaq üçün edirdim. İndisə, bütün bu bədbinliklərdən uzaqda, kimsəsiz bir yerdə çarpayıda uzanmağımın tamam başqa məqsədi var: düşünmək və çəkmək. Niyəsə mənə elə gəlirdi ki, əgər çoxlu düşünsəm, onda baxış bucağımı tamamilə zəbt edən bu dağın arxasını görə biləcəm. Əgər oranı görə bilsəm, çarpayılardan da birdəfəlik xilas olacam. Xəyali saatımın əqrəbləri hərəkətə başladıqları nöqtəyə qayıdanda mən dərin düşüncələrdən ayıldım. Artıq uzun müddətdir yata bilmirdim deyə, bunu düşüncələrə dalmaqla əvəzləmişdim. Mənalı-mənasız hər şey üçün saatlarla xəyalımda gəzintilər edirdim. İndi də beynimdə sadə bir sual var idi: görəsən, qarğa, yoxsa bayquş? Əslində, sualın mənim üçün elə bir önəmi yox idi, hətta ona sual demək də olmaz. Variantlardan biri özün olanda başqasını seçmirsən. Bilirəm ki, bayquş mənim təbiətdəki digər formamdı, amma yenə də, məni xüsusilə qarğaya çəkə...