Biz, adətən, xüsusilə geopolitik qeyri-müəyyənliyin müasir dövründə dünyanın sonu qorxusunu yaşayırıq. Amma indi Slavoj Žižek iddia edir ki, dünyanın sonu artıq gəlib-çatmış ola bilər. Žižek deyir ki, tarixin sonu nə qlobal sülh, nə də qlobal katastrof yox, eyni şeyin sonsuz təkrarıdır. O, Şimali və Cənubi Koreyanın kvant dolaşıqlığı adlandırdığı vəziyyətindən yola çıxaraq, tarixin sonunun emblematik bir düşmənə qarşı səfərbərliklə rahat bir etinasızlıq arasında gərginlikdə olduğunu müdafiə edir. Dünyanın sonu ilə bağlı istər xəyali, istər əksinə olan təsvirlər medianı bürüyür. Alenka Zupančič ironik şəkildə qeyd etmişdi ki, dünyanın sonundan çox şey gözləməmək lazımdı - o, bizi məyus edə bilər. Mən də bənzər sentiment təklif edirəm, sadəcə bir az fərqli ifadə edilmişini: narahat olmayın, tez ya gec son gələcək. Bu təsəlli dünyanın sonu barədə kifayət qədər danışıb, narahat olsaq, bəlkə də o baş verməz - deyə bir inancı hədəfləyir. Bu da təbii olaraq belə bir sua...