Skip to main content

Posts

Showing posts from May, 2025

Dəyərlər və Əxlaq: Nietzsche fəlsəfəsində əxlaqın kökləri, Genealogiya, Ağa və Kölə Əxlaqı, Ressentiment

  Qadın, insan haqları, azadlıq, onun sərhədləri, ailə kimi bir çox müzakirələrdə ən populyar təqlər bunlardı: əxlaq, ailə dəyərləri, milli-mənəvi dəyərlər, Azərbaycan ailəsi, dəylərin itirilməsi və s. Bəs, nədir bu əxlaq? Nədir əxlaqi dəyərlər? Onları kim tə’yin edir, onlar necə ortaya çıxır, necə dəyişirlər? Ümumiyyətlə dəyişirlərmi? Gəlin, bir önqəbulla başlayaq: Azərbaycanda bir çoxları düşünür ki, əxlaqi dəyərlər sistemi ilahidi, müqəddəsdi, dəyişməzdi. Cəmiyyət feminizmə, qadın azadlığına, LGBTQI+ haqlarına e’tiraz edəndə o sistemin dəyişməsinə müqavimət göstərir, ona statik bir ölçü biçir. Nietzsche fəlsəfə tarixində öz xüsusi yerini məhz bu düşüncə sisteminə sağalmaz xəsarətlər yetirən hücumlarına görə qazanıb. Nietzsche “dəyərlər ilahi deyil; onlar ağrıdan, kinə bürünmüş xatirələrdən, güc istəklərindən doğulur” - deyəndə, dəyərləri güc münasibətləri ilə bağlı analiz edəndə öz pikində idi. Genealogiya “Bu mənim vicdanımdır” - dediyin şey bəlkə də min illik köləlik mexanizmi...

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...