Skip to main content

Posts

Showing posts from January, 2023

Zuqzvanq: qaranlığın kəşfi - Hekayə

Zugzvanqda olduğunu anlamaq saatlar çəkdi, bəlkə də günlər, aylar keçmişdi, nəhayət, bu həqiqətə çatanda isə hərəkət vaxtı tükənməkdə idi. Bunun son oyun olacağını kimsə ona deməmişdi, heç özü də oyuna bu hisslə başlamamışdı. İndisə hər şey dərk edəcəyi qədər açıq, yayına bilməyəcəyi qədər göz qabağındadır. Nəhayət, qaranlıq tərəfi onu zuqzvanqla sınamağı bacarmışdı. Dəfələrlə bu vəziyyətə düşməkdən son anda canını qurtarmış, özünün də anlamadığı kombinasiyalarla qaralar üzərində zəfər qazanmışdı. Zamanın olanda hər şeyə çarə tapırsan, bəs saatın əqrəbləri üstünə gələndə?  İndi situasiya fərqlidir: hərəkət etməlidir və istənilən hərəkət anlar keçdikcə zəifləyən işığın tamamilə sönməsi ilə nəticələnəcək. Daralan zamanda bu vəziyyətə necə düşdüyünü qavramağa çalışanda üzündə çirkin bir təbəssüm peyda oldu. Daxildən gələn ikrah dolu bu hiss bədənin son müqavimət cəhdlərindən xəbər verirdi. Axı, hələ oyun təzə başlayanda hər şeyin trayektoriyası bəlli idi.  Təbəssüm yayılmağa, üzü...