Skip to main content

Posts

Showing posts from January, 2025

Sikimsonik bir şar - Hekayə

  Başa düşmürsüz, yox, dəqiq anlamırsız. Mən kiçik bir pantomim teatrının sıradan bir aktyoruyam. Baş rol yox, heç onun dublyoru da olmamışam - o dərəcə sıradan. Hətta ağacı oynadığım da olub. Yggdrasildən - sürreal, dərin mənaları olan, itirilmiş cənnəti, utopiyanı simvolizə edən ağacdan söhbət getmir; iki bambılı sevgilinin altında bayağı söhbətlər etdiyi kölgəsalan söyüd ağacı. Dekor üçün lazımi pul ayrılmamışdı, məni rejissor ağac olaraq istifadə etdi. Üstəlik, bunu kreativ ideya kimi baş rejissora satdı da. Dedilər ki, artıq dekorlara çox ehtiyacımız yoxdu, bu qədər aktyora niyə pul veririk. Stul lazımdır, ol daa..  Amma iddialarım böyükdü: xəyallarımda çox möhtəşəm rollar oynayıram. Məsələn, Kamünün Kaliqulasında baş rolam, oynadığım teatr salonunun işıqları möhtəşəmdir, başa düşmürsüz, çünki heç vaxt o möhtəşəmliyi görməmisiz, xəyal kasıbları, səhnədə hər yan qan içindədir. Və bu qan təbiidir ha! Realizm!  Sonra Çexovun Vanya Dayısı, ordan məni kinoya bəyəniblər, D...