Skip to main content

Posts

Showing posts from June, 2025

Fəlsəfə nədir? - Seriya, I hissə: bilgi, onun növləri, fəlsəfənin analitik və sintetik funksiyası

  Bir molla, müdrik insan və filosof arasında fərq nədir? Ümumiyyətlə fərq varmı və ya bir dəqiqə… Fəlsəfə nədir? Başdan deyək; fəlsəfənin elə ən böyük problemlərindən biri fəlsəfənin nə olduğu sualına cavab verməkdi. Suala cavab tapmaq və ya heç olmasa cavab axtarmaq, bu axtarışda çoxlu suallar vermək üçün (fəlsəfəni doğru suallar verəbilmə sənəti kimi tə’rif edənlər də var) Bilgi, onun növlərinə nəzər salmaq, fəlsəfi bilginin əldə edilmə yollarını gözdən keçirmək lazımdı. Çünki fəlsəfə hər nədirsə, bilgiylə bağlı bir şeydir. Bu seriyada fəlsəfənin özünün fəlsəfəsini edəcəyik, ilk olaraq isə bu dörd başlığa nəzər salacağıq: - Fəlsəfə nədir? - Bilgi və onun növləri - Fəlsəfi bilgi - Fəlsəfi düşüncənin xarakteristikası - Fəlsəfənin analitik və sintetik funksiyası Aristotle (Aristoteles) Metaphysics (Metafizika) əsəri belə başlayır: insanlar - təbii olaraq bilmək istəyirlər! İnsanın görmək, eşitməkdən duyğu həzz buna sübutdu. İnsanı insan edən ən önəmli xüsuslardan biri onun özünü əh...

İsrailin İrana hücumu: fəlsəfi və sistematik düşüncə üçün bə'zi anlayışlar

  13 iyun 2025-ci ildə İsrail İrana gözlənilmədən hücum edəndə əsas motivasiyasının İranı nüvə silahı əldə etməkdən məhrum qoymaq olduğunu bə’yan etdi. Amma bu hücum İran - ABŞ nüvə danışıqlarını sıradan çıxardı. Daha sonra İsrail rəsmilərinin, xarici ölkələrə sığınmış bə’zi iranlı dissidentlərin açıqlamalarında paralel motivasiya da özünü göstərməyə başladı, bu hücum həm də İranın demokratikləşməsi üçün fürsət kimi oxunmağa başladı. Bu yanaşmalar iki fəlsəfi anlayışı üzbəüz qoyur: Utilitarizm - Deontologiyaya qarşı. İsrail - İran müharibəsində sistemli və analitik müzakirə üçün bə’zi fəlsəfi anlayışlar üzərindən düşünmək olar. Öncə sualları dəqiqləşdirməklə həmin anlayışların sistematik izahına baxaq: - İsrailin bu hücumda təməl motivasiyası nədir? - İşğal və hərbi güclə bir ölkəyə “demokratiya gətirmək” mümkündürmü? - Milyonlarla insanın xoşbəxtliyi üçün yüzlərlə, minlərlə insanın ölümünü legitimləşdirmək mümkündürmü? - Dehumanizasiya nədir, necə işləyir və bu müharibə müzakirələ...