Skip to main content

Posts

Showing posts from July, 2025

Fəlsəfə nədir? - Seriya, III hissə: fəlsəfə və dinin fərqi, inanc nədir, sərhədləri harada bitir?

  Fəlsəfə və din arasında hansı fərqlər var? Bir fikrin iman, inanc sahəsində sayılması hansı halda mümkündü? Dinin sərhədlərini müəyyən etmək üçün imanın da legitimlik sərhədlərinə baxmalıyıq. Mənim inancıma görə, qadınlar kişilərdən daha az zəkaya sahibdi, buna görə kişilərə daha çox haqq verilməlidi - bəyanı inanc sferasına girirmi? Mənim inancıma görə, bütün qadınlar örtünməlidi - bəyanı bəs? Mən Tanrıya inanıram - bəyanı necə? Dini bilgi ilə elmi və ya fəlsəfi bilgi qaynaqları, strukturları, məqsədləri baxımından fərqlənir. Hətta demək olar ki, dində elm və fəlsəfədə anlaşıldığı mə’nada bir bilgidən söhbət gedə bilməz. Din - insan həyatını onun yaşadığı kainatla müəyyən qədər qaneedici və mə’nalı bir əlaqəyə daxil etmə cəhdi və insan fəaliyyətlərinin idarəsində müdriklik təmin etmə təşəbbüsüdü. Amma din bunu intellektual plandan çox praktiki və emosional fazada reallaşdırmağa çalışır. Din insanın dünyanı bilmək ehtiyacından çox dünyaya və onu idarə edən prinsipə, Tanrıya, insa...

Fəlsəfə nədir? - Seriya, II hissə: dəyərlər fəlsəfəsi, fəlsəfə-elm fərqləri və fəlsəfi disiplinlər

  Fəlsəfi düşüncənin elmlə fərqini anlamaq önəmlidir. Həmçinin, fəlsəfi disiplinlərə nəzər salıb, onları bir yerdə toplayaq ki, fəlsəfə etməyin konkret nələri ehtiva etdiyi barədə daha aydın təsəvvürümüz olsun. Hikmət sevgisi olaraq - Fəlsəfə Fəlsəfi düşüncənin elmdən fərqli ən önəmli özəlliklərindən biri odur ki, elm təkcə faktlarla işləyir, fəlsəfə isə faktlarla birlikdə dəyərlər, anlamlar, ideallar adlı varlıq növünü, bunları əhatələyən varlıq sahəsini də ehtiva edir. Fəlsəfə - hikmət sevgisi mə’nasına gələn philosophia sözünün ərəbcəyə keçmiş formasıdı. Hikmət - (müdriklik) bilgidən fərqli, daha iddialı bir anlayışdı. Hikmət - sadə ifadə ilə insan həyatının mə’nası və dəyərinə bağlı də’rin bilgidi. O, özünə sahib olana xoşbəxtlik və xilas bəxş edəcəyi, həyatına anlam və dəyər qatacağı fərz edilən mə’nalı və dəyərli bilgidi. Məsələn, Nyutonun cazibə qanunu fizika elminin sahəsi içində danışılası fakta bağlı bir bilgidi. Amma bu bilgini alıb, onu Tanrı varlığını əsaslandıran bir ...