Skip to main content

Posts

Showing posts from August, 2025

Spinoza Tanrısı nədir və onun Məhəmmədin Tanrısından fərqləri hansıdır?

  Spinoza Tanrısı fəlsəfənin ən həyəcanlı ifadələrindən biridi. Dindarlar bu anlayışdan istifadə edib, öz tanrılarını legitimləşdirməyə cəhdlər edirlər, təbiətçilər isə öz tanrı anlayışlarını. Bəs, Spinoza Tanrısı ilə Məhəmmədin Tanrısı arasında hansı fərqlər var? Spinoza Tanrı deyəndə nəyi nəzərdə tuturdu? Spinoza Ethica-nın ilk bölümündə Tanrı anlayışını, Substans, Atribut və Mod konseptlərini açıqlayır. Başdan deyək ki, onun Tanrı anlayışı klassik teizmdəkindən çox fərqlidi. Spinoza Tanrısı nə üstün bir varlıqdı, nə də əxlaqi qaydaqoyan. O - təbiətin özüdü - Deus sive Natura. Əvvəlcə, qısaca profil - Spinoza kimdir? Baruch (de) Spinoza - (1632-1677) portuqal-yəhudi əsilli, Dutch Respublikasında doğulan Aydınlanma Çağının öncüllərindən olan filosof. O, erkən modern çağın ən vacib və ən radikal filosoflarından biri kimi tanınır. Stoaçılıq, Thomas Hobbes, René Descartes, İbn Tufayl kimi filosoflardan təsirlənib, René Descartes və Gottfried Wilhelm Leibniz ilə birlikdə 17-ci əsrin ...