Uşaqlar bizim gələcəyimizdir. Bu sözü bir güc fiqurunun işlətməsi nə qədər xoşməramlı görünsə də, bir o qədər təhdidkardır. Qafqazinfo yazır ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbdə şagirdlərin davranış və dərs nailiyyətlərinin sarı, qırmızı və yaşıl kartlarla qiymətləndirilməsi valideynlərin narazılığına səbəb olub. Sistem yeni yaradılıb, qırmızı vizual kart ən aşağı qiymətləndirmədir və üzərində bu sözlər yazılıb: “Sənin davranışın məktəb qaydalarına ciddi zidd olub. Bu kart intizam komissiyasında müzakirə olunacaq məsələdir. Unutma: səhv etmək insani haldır, amma onu təkrarlamamaq məsuliyyətli addımdır.” Məktəbi intizam məkanı kimi görmək lazımdır. Foucault deyir ki, məktəb sadə təhsil müəssisəsi deyil, gücün gündəlik, incə və çoxsaylı texnikalarla tətbiq olunduğu bir intizam məkanıdır. Güc - sirkulyasiyadadır ifadəsi məhz bu toru yaxşı aydınlaşdırır. Gücün müxtəlif intizam məkanlarında (məktəb, xəstəxana, həbsxana və s.) müxtəlif idarəetmə mex...