Skip to main content

Posts

Showing posts from August, 2018

Dördüncü alma - Hekayə

Nənəmin nağıllarında göydən üç alma düşürdü. Bizsə dörd qardaş idik. Almaları daha ədalətli bölək deyə birini öldürdük.  Biganəlik bizim ailəvi silahımız oldu. Uzaq, bivec və soyuq olduq: dördüncünün qəfil qeybinə əhəmiyyət vermədik. İnsanı biganəlik və tənhalıqdan daha işgəncə ilə öldürən silah hələ icad edilməyib. Valideynlərimizin həyasızlığı o müddətdə elə dəhşətli həddə çatdı ki, bizi qışda yay tətilinə inandırdı. Hətta həmin tətildən biz də arzuladıq. Maraqlı səslənirdi: biz qışın soyuğunda səhər tezdən üşüyəcəyimiz kənd məktəbinə qaçırıq, o isə şəhərdə isti yatağında dincəlir. Soyuq məzarda səssiz uzandığını öyrənənə qədər hər səhər yuxudan qalxanda bütün günah ondaymış kimi dördüncünü söyür, onu ən iyrənc şəkildə yad edirdik. Kiçik qardaşları belə vəziyyətdə tək qoymaq heç bir böyük qardaşa yaraşmaz axı... Öyrənəndə ki, o cılız bədəni həmin soyuqda yerin altında üşüyürmüş, bədənimdən nəsə qopdu. İllərdir həmin qopan hissə bərpa olmur. Heç yenilənmir də. Dördüncü almanı...

Nədən film çəkmək olmaz?

Sual o qədər gülüncdü ki... Film sözünün yerinə istənilən sənət növünü yazsaq, sual yenə bayağılığın içində itib batacaq? Əlbəttə! Amma paradoksal səslənsə də, sual hər zaman aktualdı. Bəşər övladı nəsnənin çərçivələrini müəyyən edir, ona uyğun sistem yaradır və nəzəriyyələri, qanunları formalaşdırır. Bu qədər də olmaz, bu ki lap ağ oldu, belə şeylər kinoya (zırta-pırta-cırta) yaraşmır, insanlar buna hazır deyil - kimi replikaların tüğyan elədiyi bir atmosferdə özünü xəyal edərək düşünmək maraqlı alınır. Məsələn, Trier "mən nasistəm" - dediyi üçün onu urvatsız etdilər, bu gün də kimsə onun haqqında danışanda ən yaxşı halda "gijdıllaxdı da" - deməyi özünə borc bilir. (Yeri gəlmişkən, mən xəyali olaraq Trierin Hitler haqda film çəkdiyini, özünün də dediyi kimi, ona nəzakətlə yanaşdığını düşünmüşəm...) Elə isə, yuxarıdakı sual niyə bayağı səslənsin ki? Deməli, hansısa çərçivələr var və kimsə bu çərçivələrdən çıxanda ağzını sikirlər. Eyni məntiqlə, kimsə kommunist...

Lars von Trier Hitler və məlum qalmaqal barədə danışır - Video

Trier "Yaxşı, mən nasistəm" - dediyi üçün Cannes kinofestivalından qovulandan sonra haqqında müzakirələr açılsa da, özü hadisəni ətraflı şərh etməmişdi. Bu müsahibədə o həmin hadisə və özünün düşüncələri barədə ətraflı danışır: "Mən qətiyyən nasist deyiləm" - deyən rejissor, eyni zamanda, "Hitlerə insan kimi yanaşmaq lazımdı" - fikrini də irəli sürür. Və bunun niyə vacib olduğunu da açıqlayır. Mənbə: Københavns Universitet

Sidik - Hekayə

Sidik        Hazırda işəyib-işəməmək arasında böyük bir fərq var. Fərqin adını, miqyasını, mahiyyətini anlamadığımızdan mərcə gəlməyə hazıram. Biz yumaqcıqlarda yüksək qan təzyiqindən qan plazmasının tərkibində olan maddələrin kapilyarların nazik divarından sıxılıb çıxarılması, kapsullara tökülməsi, bu prosesin mayenin təzyiqi bərabərləşənədək davam etməsi, əmələ gələn ilk sidiyin kapsullardan sidik borucuqlarına ötürülüməsi, epitel hüceyrələrinin ilk sidikdən su və digər maddələri sorması və nəticədə son sidiyin yaranması prosesindən də xəbərsizik. Hazırda işəmək uzunmüddətli əziyyətdən, o günlərin bədheybət xatirələrindən sonrakı möhtəşəm rahatlıq və dinclikdir. Ən bayağı formada bunu belə ifadə edə bilərəm.    Başımdan aldığım qəfil zərbə məni böyrəklərimdən təpikləndiyim saatlara - ikinin yarısına qədər geri qaytardı. Ara qarışıb deyə detalları incəliyinə qədər xatırlaya bilmirəm. Hətta bütün bunların nə qədər real, nə qədər uydurma olduğunu da. A...

Aki Kaurismaki Le Havre barədə - Müsahibə

- Le Havre şəxsi filmindi? - Yox, bu, o qədər də şəxsi deyil. 30 illik bacarığımı ortaya qoyub, çinli bir qadının alt yazı olmadan anlayacağı film çəkməyə cəhd etmişəm. - The Man Without a Past Oskarda mükafat qazananda siz orda iştirak etməkdən imtina etdiz, çünki İraq müharibəsinin əleyhinə idiz. Yenə Finlandiyadan namizəd sizin film - Le Havredi... - O zaman mən "partimud"da deyildim. İndi vəziyyət fərqlidi: ABŞ-ın demokratik hökuməti var. Bilmirəm, bu yaxşı ya pis rəhbərlikdi, amma mənim baykotum sona çatıb. ( film mükafat qazanmadı - qeyd. ) - Le Havre necə yarandı? Doğulduqları ölkələrdən qaçmaq məcburiyyətində qalan insanların gettikcə pisləşən vəziyyətlərindən yola çıxmısız, yoxsa, sadəcə Fransada daha bir film çəkmək istəmisiz? - Bu fikir bir müddətdir beynimdəydi, amma harda çəkəcəyimi bilmirdim. Əslində, bu hekayə Vatikan xaric, istənilən Avropa ölkəsində baş verə bilərdi. Finlandiyada da olmaz, çünki ora heç miqrantlar da maraq göstərmir. (gülür) Ən u...