Skip to main content

Nədən film çəkmək olmaz?

Sual o qədər gülüncdü ki... Film sözünün yerinə istənilən sənət növünü yazsaq, sual yenə bayağılığın içində itib batacaq? Əlbəttə! Amma paradoksal səslənsə də, sual hər zaman aktualdı.
Bəşər övladı nəsnənin çərçivələrini müəyyən edir, ona uyğun sistem yaradır və nəzəriyyələri, qanunları formalaşdırır. Bu qədər də olmaz, bu ki lap ağ oldu, belə şeylər kinoya (zırta-pırta-cırta) yaraşmır, insanlar buna hazır deyil - kimi replikaların tüğyan elədiyi bir atmosferdə özünü xəyal edərək düşünmək maraqlı alınır.
Məsələn, Trier "mən nasistəm" - dediyi üçün onu urvatsız etdilər, bu gün də kimsə onun haqqında danışanda ən yaxşı halda "gijdıllaxdı da" - deməyi özünə borc bilir. (Yeri gəlmişkən, mən xəyali olaraq Trierin Hitler haqda film çəkdiyini, özünün də dediyi kimi, ona nəzakətlə yanaşdığını düşünmüşəm...)
Elə isə, yuxarıdakı sual niyə bayağı səslənsin ki? Deməli, hansısa çərçivələr var və kimsə bu çərçivələrdən çıxanda ağzını sikirlər.
Eyni məntiqlə, kimsə kommunist ideyalar üçün də eyni qəfəsi yarada, bunları filmdə göstərmək olmaz - deyə və qadağa zənciri yarada bilər. Və ya kimsə liberal dəyərlərin sənətdəki ifadəsini məqbul saymaz, ona uyğun buxov yaradar və s.
Əlbəttə, sənət heç bir halda hansısa ideoloji cərayan üçün meydan olmamalıdı. Bunun mənim üçün birmənalı həqiqət olduğunu düşünürəm və bu qaralamada o qırmızı xətti keçməməyə çalışıram. Amma sadaladığım ideyalar təkcə siyasi motivlərdən ibarət deyil axı. Həyatımızda müxtəlif formalarda bu yaşam sistemlərindən yararlanır və məişətimizdə onları tətbiq edirik.
Axı, dostlarla yeyib-içəndən sonra hesabı bərabər şəkildə bölüşürük... Ətrafımızda zərərli hesab edərək məhv etmək istədiyimiz "yararsız insanlar kontingenti" var, ifadə azadlığımızdan istifadə edir və ya bunu edə bilməyəndə hirslənirik axı. Düzdü, bayağı ideoloji manevrlər etdiyimi düşünə bilərsiz, amma ideyalar siyasi olmaqla məhdudlaşmır, lütfən, bunu danmayaq. Bəşər övladının minilliklərdir formalaşdırdığı yaşam standartları və sistemlərindən danışıram. Bu ki birbaşa dövlət formasında zühur etmədi, kiçik ailələr formasında onları yaşadıq, sınadıq, kimlərsə onu sistemləşdirdi və buyurun...
Əgər bütün bunlardan sənəti arındırmağa çalışırıqsa, deməli, onun anarxist olmasını hədəfləyirik? Beynim qarışır, üzrlü sayın...
Bu dəqiqə toparlayacam: qısası, bizim siyasi elementlər şəklində dəyərləndirdiyimiz fikirlər həm də məişətvaridi axı, elə deyil?
Elə isə, bir məsələdə razılaşırıq. Siyasi film çəkmirik. Hətta buna cəhd belə etmirik. Tamamilə sənət axtarışındayıq. Əla. Googleda şəffaf sənət yazıb axtarırıq, gözlədiyimiz heç nə çıxmır. Siyasi film çəkmirik, həyatımızın içinə nüfuz edən fikirləri anlamağa çalışırıq...
Mövzudan çox uzaqlaşmadan suallarımı verib, nöqtələyəcəm. Niyə hansısa faşistin "daxili dünyasına səyahət edib", onun içindəki nifrəti anlamağa çalışmırıq? Klassik anlamaq və sevgi ilə yanaşma zarıltısından danışmıram. Nifrətin kökünü anlamalıyıq axı, elə deyil? Niyə kommunistin, sosialistin film çəkmək haqqı olduğu qədər neo-nasist bu haqdan məhrum olmalıdı? Niyə Aki Kaurismakinin Le Havesinə baxıb İdrisin halına ağlaşma qururuq, amma hansısa nasistin mədəni bir toplumun həyatını məhv edən hansısa afrikalı, suriyalı barədə şərhlərindən qaçırıq? Niyə qəbul etmək istəmirik ki, heç də bütün mühacirlər İdris kimi deyil?
Narkotik bazarını ələ keçirərək mədəni avropalını yolundan çıxaran....
Bəli, bunlar gijləmələr və səfsətələrdi, dostlar. Sənət bəşəri və insani olmaq məcburiyyətindədi, yəqin ki. O, minilliklərin süzgəcindən keçməyən zərərli düşüncələri özündə ehtiva etməklə bizi sadəcə diksindirə bilər. Ən yaxşı halda, ürəyimizi bulandırar.
Məqsədim "faşistlər də kino çəkməlidir" - demək deyildi. Sadəcə düşünmək... Trierin yerində olub düşünmək istədim. Görəsən, Hitlerə nəzakətlə yanaşıb onu çəksə, bu ağ olardı, yoxsa növbəti Hitlerdən, məsələn elə Trump və Putindən qaçmaq üçün buna ehtiyacımız var? Bəlkə, bəzi mövzuları dondurmaqla, onları toxunulmaz edib, mütləqlər yaratmaqla, əslində, hadisəni anlamırıq? Bəlkə, Trier haqlıdı, onda necə?!
P.S. Mən kinonun, ümumiyyətlə sənətin təbliğat rolundan da danışa bilərəm, amma bu tip söhbətlər mənə ciddi gəlmir. Sənət dünyanı dəyişmək iqtidarında deyil, o, bizi dəyişə bilməz. Bizi dəyişən prosesin parçası ola bilər, amma təkbaşına hansısa faşisti humanist edə bilməz. Yaxşısı budu ki, sənət və ya sənətçi belə bir iddiada da olmasın...

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...