Skip to main content

Posts

Showing posts from October, 2018

Qarı - Hekayə

Qonşuların ən azından üzdə mehriban olduğu bu yerdə qəribə bir qarı yaşayırdı. Hamının başqalarına nifrət üçün xüsusi səbəblərinin olduğu bur yerdə birmənalı şəkildə bütün məhəllənin kinini qazanmaq təkcə bu qadına nəsib olmuşdu. Onun da çarpaz şəkildə başqalarına nifrət etdiyini demək çətindir; ümumiyyətlə, Qarının hansısa duyğular yaşadığını söyləmək də... Qadın geniş həyəti, çoxlu meyvə ağacı, mövsümi tərəvəzlər yetişdirdiyi böyük bir bağı olan evində tamamilə tək yaşayırdı. Daha doğrusu, evdə ondan başqa bir insanın olmadığı fikrində məhəllənin çoxu həmfikir idi. Qarının pişiyi də var idi və stereotiplərə tamamilə uyğun olaraq pişik qara rəngliydi. Başqaları ilə ünsiyyəti minimum idi: heç kim onun paslanmış qapısını döyməzdi, elə o özü də qonşuların evinə getməyə maraqlı deyildi. Kimsə təsadüfən onunla yolda rastlaşanda məcburi salamlaşar, dərhal sonra da bu qəfil sarsıntıdan arınma ritualları icra edərdi. Hətta hamının bayramlaşdığı Novruz çərşənbələrində belə qarının qapısına ...

Albert Camus - Hə ilə Yox arasında | Audio Hekayə

Və bu gecə mən dərk edirəm: bəzi dəqiqələrdə ölmək istəyirsən; çünki həyatı tam aydınlığı ilə görürsən - onda da hər şey mənasını itirir. İnsan əzab çəkir, onu əhatələyən bədbəxtlik zolağı uzanıb gedir. O, çəkdiyi əzaba qatlanır, taleyinə boyun əyir. Ona hörmət edirlər. Sonra bir gün tamamilə tükəndiyini dərk edir; təsadüfən nə vaxtsa yaxın saydığı və sevdiyi dostu ilə rastlaşır. Həmin adam ona lazımincə diqqət yetirmir. Evə qayıdan insan intihar edir. Sonra hər kəsə sirr qalan acılardan, könül qırıqlığından danışırlar. İntiharın səbəbini dostun diqqətsizliyində axtarmaq daha yerinə düşərdi. Beləcə, hər dəfə dünyanı sonunadək dərk etdiyimi düşünəndə, o, məni öz adiliyi ilə sarsıdır...

Avropada art-house dalğasının simvolu - Yekaterina Golubeva

Yekaterina Qolubeva 1966-cı ilin 9 oktyabrında Moskvada anadan olub. Təhsilini Rusiya Teatr İnstitutunda almağa başlasa da, sonradan Kinomatoqrafiya İnstitutuna keçib. Həyatında verdiyi radikal qərarlarla yadda qalan bu qadının ölümü də sirrli və gözlənilməz oldu... © Film Fiction Magazine