Və bu gecə mən dərk edirəm: bəzi dəqiqələrdə ölmək istəyirsən; çünki həyatı tam aydınlığı ilə görürsən - onda da hər şey mənasını itirir. İnsan əzab çəkir, onu əhatələyən bədbəxtlik zolağı uzanıb gedir. O, çəkdiyi əzaba qatlanır, taleyinə boyun əyir. Ona hörmət edirlər. Sonra bir gün tamamilə tükəndiyini dərk edir; təsadüfən nə vaxtsa yaxın saydığı və sevdiyi dostu ilə rastlaşır. Həmin adam ona lazımincə diqqət yetirmir. Evə qayıdan insan intihar edir. Sonra hər kəsə sirr qalan acılardan, könül qırıqlığından danışırlar. İntiharın səbəbini dostun diqqətsizliyində axtarmaq daha yerinə düşərdi. Beləcə, hər dəfə dünyanı sonunadək dərk etdiyimi düşünəndə, o, məni öz adiliyi ilə sarsıdır...
Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

Comments
Post a Comment