Alejandro González Iñárritu - Ağrıların rejissoru Alejandro González Iñárritu çəkdiyi filmlərdə insan ağrıları, "normal olmayan" həyat tərzi və fərqli yerlərdə eyni emosiyaları paylaşan hekayələrin uzlaşmasına diqqət çəkir. Bunu rejissorun əsas xarakteristik özəlliyi də saymaq olar. Bu qısa yazıda müəllifin bioqrafiyasına nəzər salacağıq. Alejandro González Iñárritu kimdir? Iñárritu 15 avqust 1963-cü ildə, Meksika paytaxtında anadan olub. Bankir atası, Iñárritu 5 yaşında olanda müflisləşir. Kasıblıq onun təhsilinə də mane olur, 16-17 yaşlı Alejandro pis qiymət və davranışlarına görə məktəbdən qovulur. 16-18 yaş aralığında gəmidə işə başlayır, Avropaya, Afrikaya səyahət edir. Özünün də dediyinə görə, bu səyahət onun yaradıcılığına çox böyük təsir göstərib. Geri qayıdandan sonra kommunikasiya üzrə universitet təhsili də ala bilib. Karyerasına 1984-cü ildə radio aparıcı kimi başlayır. Bu müddətdə Robert Plant, David Gilmour, Elton John, Bob Geldof və Carlos Santana kimi adamla...