Müasir incəsənəti məsxərəyə qoyan film - The Square - Vlog

Filmlər və kitablar barədə silsilə vlogların ilki hazırdı. 2017-ci ilin Qızıl Palma Budağını qazanan "Kavdrat" müasir incəsənət və onu təqdim edənləri məzə obyektinə çevirir, ictimai münasibətlərə yeni baxış təqdim edir. Rejissor Ruben Östlund, özünün də dediyi kimi - sosial məsuliyyətləri satira ilə sintez edərək situativ komediya yaradıb, faciəvi məqamları da bu xronometraja sığışdırıb:
"Filmin əvvəlindəki oğurluq səhnəsi birbaşa yaşadığım -
başıma gələn bir hadisədir. Qızın kömək istədiyi oğlan
məndən kömək istədi və biz kiçik bir qurub yaradıb,
problemi həll etməyə çalışdıq. Məni daha çox düşündürən
məhz bu kommunikasiya olmuşdu. Fikrimcə,
ictimai yerdə özünü təhlükəsiz hiss edən istənilən şəxs
başqa birinə yaxınlaşıb, ondan kömək istəyə bilər”

Comments