Bağışla, mən sənin gördüklərini görə bilmirəm. Əslində, bəzilərini görürəm. Özü də səndən daha yaxşı. Amma elə ki qaranlıq düşür, sayrışan işıqlara, uzaqdan görünən, az qala dağa çiynini söykəmiş köhnə otel binasına zillənirsən, işlər korlanır. Düzdü, mən necə həzz aldığını hiss edirəm, amma inan, o anlar mənim üçün işgəncədən başqa bir şey olmur. Çünki həmin işıqlar mənə o qədər qarışıq nüfuz edir ki, bəzən başımı itirirəm. Sənin nə qədər pərişan olduğunu da hiss edirəm. Bəzən də fikirləşirəm ki, artıq sonum gəlib: indicə hirsin pikə çatacaq, vəssalam.
Səni həmişə pis vəziyyətdə qoyduğumu da dərk edirəm. Keçən dəfə, yağışlı bir gündə otelin pəncərəsindən yatağının əksini görməyə cəhd edirdin. Kəsilməyən yay yağışı, əks olunan ağappaq yataq və arxası üstdə uzanıb səni gözləyən gözəlçə... Oooh! O gözəlçə yox, sənin qara cəketin imiş. Bağışla, heç istəməzdim səni bu qədər pərişan edim, amma and olsun ki, mən sadəcə elə gördüm.
Tül pərdədən baxdığın küçəni də yaxşı xatırlayıram. And içirəm, nə qədər çalışdımsa, işığın gurluğunu nizamlaya bilmədim. Gözlərim parıltıdan bulandı, ortaya da o iyrənc mənzərə çıxdı. Düzdü, günəş partlayışına bənzər mənzərə yaranmışdı, amma, deyəsən, istədiyin o deyildi.
Bəzən gecə saatlarında ayın müşayiəti ilə musiqili gəzintilər edirik. Qəfil dayanırsan, ayın buludlarla oynadığı qaçdı-tutdu oyununu izləyirsən. Belə vəziyyətdə əllərin əsir, az qala milyon dəfə baxdığın o mənzərə qarşısında hər dəfə eyni emosiyaları yaşayırsan. Mənsə yenə səni pis vəziyyətdə qoyuram. Hiss edirəm ki, on beş saniyəlik boşalma kimi aldığın həzz də yarımçıq qalır. Bəzən aya daha yaxından baxmaq istəyirsən. O anda təkcə sənin qarşında yox, elə ayın qarşısında da utandığımdan başımı az qala yerə soxuram. Mənə elə gəlir ki, pörtmüş o ay bir gün üzümə tüpürəcək.
Elə bu pərişanlığın ardından dərhal otel otağına qayıdırsan, tualetə girib, kiçik stəkanın içindən aynaya, sınan, ləngər vuran əksinə baxırsan. O səhnəni sadəcə hiss edirəm. Çünki tamamilə bir heçlik görürəm. O qədər bulanıq görüntü yaranır ki, hətta mən belə qusmaq istəyirəm.
Divarlardakı rəngli rəsmlərə baxmaq istəyirsən, başa düşürəm. Amma onda o qədər sürətlə sağa-sola hərəkət edirsən ki, mən rəsmdə nələrin olduğunu dərk edə bilmirəm. Yaşıl yarpağa bənzər obyektdən rənglər axır, dərhal qırmızı rəngli parçaya keçirsən, sonra göy rəngli taxta stullara oxşayan nəsnəyə anlıq baxış və... Obyektlərin nə olduğunu bilmirəm, ona görə də uydururam. Tanıdığım tək görüntü boz səmadı...
Deyəsən, yenə yürüşə çıxırıq. Bu dəfə ay yoxdu. İlk anlarda mənə elə gəlirdi ki, ayın başı qaçdı-tutdu oyununa qarışıb, ona görə qeybə çəkilib. Amma saatlar bir-birini əvəz etdikcə ay görünmür, sanki biz onu axtardıqca o da inadla daha dərinlərə gizlənirdi. Kosmosun ən dərin nöqtələrinə. Burda artıq mənim günahım yoxdu. O nöqtələrdən heç kim heç nə görə bilmir.
Bu dəfə yol boyu ağlayırsan. Amma dolmuş bulud kimi göz yaşlarını torpağa atan gözləri heç birimiz görə bilmirik.
Boğaza yığılmışam, eşidirsən? Səni bədbəxt etməklə özümü daha bədbəxt edirəm. Sadəcə bir hərəkətin bəsdi ki, bu işgəncəyə son verəsən. Ən yüksək hündürlüyə qalx, məni üzüaşağı yerə tulla… Səmimi deyirəm. Elə bilirsən qorxuram? Əsla! Hətta düşündükcə həzz almağa da başlayıram. O an elə sürətlə keçəcək ki… Nə geri qayıdacaq, nə yenidən yaşanacaq, nə də… Eyy, dayan! Nə edirsən sən? O ip nəyə lazımdı? Stula niyə çıxırsan? Səfeh olma! Problemin həlli bu deyil. Dayan! Səfeh, heç olmasa məni işığa qarşı qoymazdın. Ayaqlarının əsdiyini görürəm, amma üzündə işıq partlayışı heç nə görməyimə imkan vermir. Belə olacağını bilməliydim. Vaxtında sənə deməliydim ki, məni daha yeni versiyamla dəyiş. Gücüm çatmırdı da. Görə bilmirdim. Sən gördüyün, düşündüyün heç nəyi istədiyin kimi görə bilmirdim. Elə indi də hərəkətsiz bədənini hiss etdiyim kimi görə bilmirəm. Məni niyə belə qoymusan? Sürüşürəm, deyəsən. Titrəyiş məni stulun kənarına aparır. Ordan düşəcəm, deyəsən. Eyy! Qorxuram axı! Deyəsən, son anımdı. Bağışla…
Tapp!
Elvin Jabizadeh, 01.07.2018

Comments
Post a Comment