Qonşuların ən azından üzdə mehriban olduğu bu yerdə qəribə bir qarı yaşayırdı. Burada hamının başqalarına nifrət üçün xüsusi səbəbləri olurdu, amma birmənalı şəkildə bütün məhəllənin kinini qazanmaq təkcə bu qadına nəsib olmuşdu. Onun da başqalarına nifrət etdiyini demək çətindi; ümumiyyətlə, Qarının hansısa duyğular yaşadığını söyləmək də...
Qadın geniş həyəti, bağı olan böyük bir evdə tamamilə tək yaşayırdı. Başqaları ilə ünsiyyəti minimum idi: heç kim onun paslanmış qapısını döyməzdi, elə o özü də qonşuların evinə getməyə maraqlı deyildi. Hətta hamının bayramlaşdığı Novruz çərşənbələrində belə qarının qapısına yaxın düşən olmurdu. Əgər kimsə nə vaxtsa çaşıb, o həyətə papaq atsaydı belə, yüz faiz saatlarla gözləməli olardı. Səs çıxmadığını görüb, kor-peşman, papaqsız halda geri qayıdanlar mütləq olub, əminəm...
Qadın ayda bir dəfə küçəyə çıxar, sakitcə, ətrafına baxmadan piyada şəhər mərkəzinə gedib, pensiyasını alar, ordan da mağazaya gedər, alış-veriş etdikdən sonra geri qayıdardı. Bunu qarını izlədiyim xəfiyyə günlərimdən bilirəm. Qarı iki əlli arxasında düyünləyib, 30-40 dərəcə əyilib, heç dayanmadan yol gedərdi. Bu, insan yerişi deyildi, qarı sürüklənirdi, sürüşürdü, necə deyim, qarı ayaqlarını dartmırdı arxasınca... Ayın digər günlərində qadını görmək səadəti təkcə kommunal xidmətlərə görə qapısına düşən insanlara müəssər olurdu: hərçənd, buna da səadət demək olmaz. Qadın sözün əsl mənasında onları boğaza yığmışdı. Seçki öncəsi qapı-qapı gəzib səs yığanlar da qarının söyüşlərinə qonaq olmuşdular.
Arabir mənə elə gəlirdi ki, qadın içəridə çox vacib və təhlükəli bir işlə məşğuldur: məsələn, bütün kainatı məhv edəcək məxluqlar yaratmaqla. Sizə qəribə görünə bilər, amma mənim fərziyyəm məhəllənin digər sakinlərinin uydurduğu nağıllardan heç də az inandırıcı deyil. Qəfil ağlıma gəlirdi ki, bir gün o qarı illərlə yığdığı kini doğacaq, qapıdan vəhşi varlıqlar çıxacaq və bütün məhəlləni ələ keçirəcək. Mənim yuxularım qarının doğduğu bədheybətlərlə mübarizə ilə zəngin idi. Belə düşüncələr məni bürüyəndə evə hava qaralmamış qayıtmalı olurdum - əks halda mütləq onun qapısının yanından keçməli olacaqdım, - və bu qorxu sadəcə valideynlərimə sərf edirdi. Yaddan çıxmamış deyim ki, bu fərziyyəmi gücləndirən arqument telefon zəngi idi. Bir neçə gün pusquda durub, dünyanı dağıdacaq bu küpəgirən qarının planlarını pozmaq istədim: özümü Hollivud filmlərindəki xəfiyyələr kimi hiss etdiyim günlərdən danışıram. Pusquda durduğum müddətdə yeganə eşitdiyim səs telefon zəngi olurdu. Həyətə açılan pəncərə qarşısında telefon zəng çalırdı, qadın onu götürüb ayrı yerə gedirdi və səssizlik qaldığı yerdən davam edirdi.
Qarı ünsiyyət qurmurdu, amma onun haqqında xəbərlər necəsə, haradansa, bəlkə sadəcə radiodalğalar şəklində bizə çatırdı. Bir gün eşitdik ki, qadının övladları Rusiyada yaşayır və bizim kimi bir neçə nəvəsi var. Növbəti yaydan başlayaraq məhəlləmizə yeni insanlar gəlməyə başladı. Qadının qapısı hərəkətlənməyə başladı, məhəllənin ən dinamik hissəsinə döndü, maşınlar gəldi, bir növ da bu sükunət ocağında bayram şənliyi yaşandı. Hər şey aydın idi: qadının övladları və nəvələri onu ziyarət etmək üçün gəliblər. Qadın nəvələrini eynilə bizim nənələrimiz bizi qucaqlayan kimi qucaqlayır, ağlayır, sevinir, əllərini yuxarı qaldırıb tanrıya şükrlər edirdi. O ərəfədə kimsə mənə demişdi ki, Qarı haqqında hekayələrə nifrət edir, hətta düşünür ki, biz qarını sevmirik, çünki məhəlləmizdə hamı bir-birinə nifrət etsə də bunu gizlədir, lakin bu qadın dürüst şəkildə "pis"dir. Mən sakitcə başımı yelləmişdim - razılıq əlaməti olaraq.
Yay aylarında bizim yeganə əyləncəmiz hər axşam həyətimizdə keçirilən futbol yarışı idi. TV-lərdən, futbol matçlarından öyrəndiyimiz fəndləri özümüz təkrarlamağa cəhd edirdik. Məndə bu, o qədər də yaxşı alınmırdı. Futbolçu kimi ləqəbimin “Topal” olması hər şeyi ifadə edir. Məncə… Ayağımın içi ilə topa toxunanda bunu elə bir bucaq altında edirdim ki, top az qala öz ətrafımda dönürdü, barmaq ucları ilə endirdiyim zərbələr isə, əsasən, qapıdan çox uzağa, məsələn, məlum qarının həyətinə gedirdi. Beləcə xoşbəxt bir futbol matçı məhəlləni fövqəladə rejimə, kriminal rejimə keçirirdi. Pıçıldaşmalar, planlar, xəfiyyəlik eşqi baş qaldırırdı. Hərə bir yol təklif edirdi və ən sonda ümumi fikir “kim vurubsa, o da gedib gətirsin” olurdu. Bəzən böyük qardaşım məsuliyyəti öz üzərinə götürsə də, əksər hallarda isə o da digərlərinə qoşulurdu və beləcə, məni “minalanmış ərazi”yə göndərirdilər.
Mən o qorxu hasarına dırmaşan kimi qarı məni görürdü, ürək döyüntülərimin səsindən tanıyaraq hər halda, əjdaha ağzı açılırmış kimi üzərimə söyüşlü-tənbehli fikirlər yağırdı. Mən Qarının lüğətini xatırlaya bilmirəm. Mənə elə gəlir ki, Qarı bildiyimiz bir dildə danışmırdı, amma necəsə mən onu anlayırdım... Topu geri qaytarmaq bizə heç vaxt müəssər olmurdu. Qadın onu parçalayırdı, tikələrini küçəyə atırdı, mən də pərişan halda parçaları yığıb geri qayıdırdım. Matç sona çatırdı, topu mən “itirdiyim” üçün komandama texniki məğlubiyyət verilirdi və hamı çarəsiz evinə dağılırdı. Bu hadisə ən az həftədə bir dəfə təkrarlanırdı və növbəti topun alınması üçün pul yığmaq da əlavə bir həftə çəkirdi. Kimsə risk edib, oğrun halda hasarı aşaraq topu götürmək istəsə, o axşam məhəllədə qonşulararası savaş başlayardı: ona görə də, hamımız top itkisi ilə barışmalı olurduq... Bu qonşulararası savaş bizim ən böyük qorxumuz idi. Kimsə onu "müharibə" deyə şərh edirdi, kimsə "son döyüş". Məhəlləmizin üzərindən quşdan çox müharibə qorxusu uçur, bizi əsir alırdı. Beləcə, yay bitirdi, dərs və evə qapanma mövsümü açıq elan olunurdu. Qadının övladları da geri - Rusiyaya qayıdırdı və o, özünün ənənəvi həyat tərzini bərpa edirdi.
Bu hadisələr biz böyüyənədək davam etdi. Artıq universitet hazırlıqları, iş axtarmaq məcburiyyəti yaranırdı deyə yay aylarında futbol oynamırdıq.
Amma nəsə yolunda getmirdi, qadının qapısı qarşısında hər yay ortaya çıxan o coşqu yaşanmırdı. Qarı,artıq yayı da digər fəsillərdəki kimi keçirirdi. Həmin maşın gəlmirdi… Bir neçə il beləcə - səssiz keçdi: kimsə onun qapısını döymədi. Bəlkə, telefonu da susmuşdu… Artıq xəfiyyəlik etmədiyim üçün əmin deyiləm. Qarı haqqında hekayələrə də inanmağı tərgitmişdim, müharibə qorxusuna da.

Məhəlləmizə daha böyük qorxu hakim kəsilmişdi. Kapitalizm addım-addım məhəlləmizə girir, televiziyadan o sözü daha çox eşitməyə başlamışdıq. Oyun sahələrimizin yerində də evlər ucalırdı, hər yan sökülür, hər yan tikilirdi. Zehnim söküntü, dağıntı, xaos səsi ilə yaşamağa alışmışdı. Kapitalizm Qarıdan qorxurdu, yəqin ki, çünki onun evinin həndəvərində nə söküntü var idi, nə də tikinti.
Mən hərbi xidmətə getdim, tam on səkkiz ay sonra qayıtdım və məhəlləyə girən kimi ağlıma məhz həmin qarı gəldi: onun doğacağı məxluqlar barədə yuxularım, xatirələr, cırdığı toplar və söyüşləri. Doğrudan da illər keçəndən sonra ən cılız, ən ucuz xatirə belə özünü doğma bir şeymiş kimi insana qısa bilir… Xatirələr ağuşunda asta yerişlərlə həmin qapının yanından keçirdim ki, o, birdən açıldı, artıq beli bükülmüş qarı düz qarşımda dayandı. Salam verməyimə imkan vermədən özü məni salamladı, hətta əhvalımı soruşdu:
- Xoş gəlmisən. Həmişə evində, eşiyində. Çox sağ olun - dedim, amma xitab yerinə nə deyəcəyimi bilmədim. Axı, indiyə qədər bu qadına nə adı ilə, nə də xala ya bibi formasında müraciət etmişdim.
- Necəsiz?
- Bu yaşda adam necə olar? - dedi.
O anda hansısa səbəbdən yox, sadəcə ağlıma başqa nəsə gəlmədi deyə - uşaqlar necədir - soruşdum. Qadın ağır köks ötürdü. Səhv etdiyimi dərhal anladım, amma o, mənə məhəl vermirdi. Sakitcə dedi ki, övladları onu atıblar, artıq illərdi nə yanına gəlirlər, nə də zəng edirlər. Atıblar - söz olaraq mənə həmişə çox ağır gəlib. Dünyaya atılmışlıq hissi ilə assosiasiya olunur deyə, hər halda. Daş parçasıdırmı bu, atıblar - nə deməkdir? “Heç həyətimə top da düşmür” - qadın təbəssümlə dedi.
- İstəyirəm indi bir neçə top alıb qonşu həyətlərə atım ki, uşaqlar da oynayıb, onu mənim bağıma salsınlar… Qadın bunu deyib güldü: özü də lap içdən güldü… Sonra dodağaltı öz sözlərini təkrarlayıb uzaqlaşmağa başladı. Qarşımda əllərini belində düyünləyib, qozbel halda yeriyən tənhalıq görürdüm…
Elvin Jabizadeh, 25.10.2018

Comments
Post a Comment