Fəlsəfi düşüncənin elmlə fərqini anlamaq önəmlidir. Həmçinin, fəlsəfi disiplinlərə nəzər salıb, onları bir yerdə toplayaq ki, fəlsəfə etməyin konkret nələri ehtiva etdiyi barədə daha aydın təsəvvürümüz olsun.
Hikmət sevgisi olaraq - Fəlsəfə
Fəlsəfi düşüncənin elmdən fərqli ən önəmli özəlliklərindən biri odur ki, elm təkcə faktlarla işləyir, fəlsəfə isə faktlarla birlikdə dəyərlər, anlamlar, ideallar adlı varlıq növünü, bunları əhatələyən varlıq sahəsini də ehtiva edir. Fəlsəfə - hikmət sevgisi mə’nasına gələn philosophia sözünün ərəbcəyə keçmiş formasıdı. Hikmət - (müdriklik) bilgidən fərqli, daha iddialı bir anlayışdı. Hikmət - sadə ifadə ilə insan həyatının mə’nası və dəyərinə bağlı də’rin bilgidi. O, özünə sahib olana xoşbəxtlik və xilas bəxş edəcəyi, həyatına anlam və dəyər qatacağı fərz edilən mə’nalı və dəyərli bilgidi. Məsələn, Nyutonun cazibə qanunu fizika elminin sahəsi içində danışılası fakta bağlı bir bilgidi. Amma bu bilgini alıb, onu Tanrı varlığını əsaslandıran bir işarə, bir ayə kimi şərh edəndə o, bilgi olmaqdan daha çox şey, bir hikmət olur. Hikmət daha poetik ifadə ilə Socrates-in uğrunda ölümü gözə aldığı bilgidi.
Dəyərlər Fəlsəfəsi
Beləliklə, fəlsəfənin elmin mövzu etmədiyi yaxşı-pis, gözəl-çirkin kimi dəyərləri ələ alan və ümumi şəkildə Axiology adlandırılan disiplininin qaynağı və mövcudluq səbəbi ortaya çıxır. Yaxşı-Pis Əxlaq (Etik) fəlsəfəsinin sahəsidi, Gözəl-Çirkin isə Estetikanın və ya Sənət Fəlsəfəsinin. Aristotle deyirdi ki, fərdi planda yaxşı-pisi ələ alan fəlsəfi disiplin Əxlaq Fəlsəfəsidi, toplum planında isə Siyasət Fəlsəfəsi.
Amma doğru və yanlışı bir norm kimi elmi-faktual baxımdan işləyən Elm və Məntiq fəlsəfəsini də bir növ Dəyər Fəlsəfəsi sayanlar var.
Dini faktual şəkildə incələyən Dinlər Tarixi kimi elmi araşdırmaları yox, dini dəyər sahəsi kimi tədqiq edən və bu kontekstdə Tanrı, insan, iman, günah, savab, xilas kimi dini təməl konseptləri fəlsəfi və qiymətləndirici bir araşdırmanın mövzusu edən Din Fəlsəfəsini də bir növ dəyər fəlsəfəsi saya bilərik.
Fəlsəfi Disiplinlər (Alt Sahələr)
- Epistemologiya (Bilgi fəlsəfəsi)
- Ontologiya (Varlıq fəlsəfəsi)
- Əxlaq fəlsəfəsi (Etika)
- Siyasət fəlsəfəsi
- Estetika və ya Sənət fəlsəfəsi
- Din fəlsəfəsi
və s.
(Qeyd: Bu disiplinlər bir-biri ilə qarşılıqlı əlaqə içindədi və çox vaxt sərhədləri keçirlər)
Fəlsəfə-Elm münasibətləri
Fəlsəfə elmlə aşağıdakı ortaq özəllikləri paylaşır:
a) hər ikisi də ümumi şəkildə ağıl adına danışır, özünü ağla söykənən səbəb və nəticələrlə haqlı çıxarmağa çalışır;
b) hər ikisi də şüurlu, metodiki və sistemli bir araşdırma fəaliyyətidi;
c) hər ikisi də konsept və abstraksiyalar istifadə edərək prinsip və qanunlar çıxarmağa çalışır, ümumiləşdirmələr edir.
Fərqlilikləri də aşağıdakı başlıqlarda toplaya bilərik.
a) elmin konsept və abstraksiyaları fəlsəfədəkinə görə daha az ümumidi, o, daha xüsusi mövzuları ələ alır;
b) fəlsəfə həm faktları, həm də dəyərləri ələ alır, elm sadəcə faktlarla və ya fakt olaraq dəyərlərlə maraqlanır. (məsələn, insan elmləri, sosial elmlər) Bu, o deməkdir ki, dəyərlər, anlamlar, ideallar elmin mövzusu ola bilməzlər. Daha sadə ifadə ilə, elm ələ aldığı faktlar üzərində yaxşı-pis, doğru-yanlış, haqlı-haqsız növündən hökmlər verə bilməz, onlara anlam, ideal yükləyə bilməz;
c) elmin təklifləri doğrulanabiləndi, fəlsəfənin təklifləri isə dar anlamda təsdiqlənə bilməz. Bunun nəticəsi olaraq, elmə söykənərək hesablamalar edib, proqnozlar irəli sürmək imkanına sahibik, fəlsəfədə belə bir şey mövzu deyil;
Beləliklə, təkrarlayırıq: elm və fəlsəfə arasında əsas metodoloji və məqsəd baxımından ciddi fərqlər var. Elmin proqnoz vermə qabiliyyəti ilə fəlsəfənin nisbi təsdiqlənəbilməzliyinə daha də’rindən baxaq.
Elm empirik məlumatlara - müşahidələr, laboratoriya təcrübələrinə əsaslanır. Termodinamik qanunlar bəlli bir ölçmə əsasında təsbit olunur, məsələn.
Elmi nəzəriyyə səhv olma riski daşımalıdı, yə’ni, müəyyən şərtlərdə təcrübə ilə ziddiyyət təşkil edib, sınaqdan keçə bilməli, ziddiyyət yarananda nəzəriyyə təkzib olunmalıdı. Elm parametrlərə əsaslanıb, riyazi düsturlarla hesablamalar aparır, gələcəyə dair pronoz verir. Məsələn, teleskopların müşahidəsi və riyazi modellər bizə imkan verir ki, bir ulduzun, planetin ömrünü proqnozlaşdıraq.
Fəlsəfə isə daha çox ədalət, bilgi, varlıq kimi anlayışların mahiyyətinə, onların məntiqi əlaqəsinə fokuslanır. Burada əsas meyar dilin, dəyərlərin təhlididi.
Fəlsəfə normativ və metafizik suallar qoyur: necə yaşamalıyıq, gözəllik nədi, niyə ölüm ayağında olan pişiyi xilas etməliyik?
Fəlsəfi arqumentlər məntiqi ardıcıllıq və tutarlılıq meyarı ilə yoxlanır, amma bu, empirik eksperimentlə təsdiqetmə deyil. Fəlsəfi tezis fərqli nəzəriyyələr, məktəb və məntiqi arqumentlərlə müqayisəli tənqid edilir. Məsələn, utilitarianism-ə qarşı deontologiya qoyulur..
Elm spesifik qanunlar tapır və bunlar eyni şəraitdə təkrarlananda eyni nəticə hasil olur. Fəlsəfədə isə təkrar təcrübə anlayışı yer almır, burada qanunauyğunluqdan daha çox məntiqi struktur, arqumentativ tutarlılıq axtarılır.
Elm müşahidə, ölçmə, statistik metodlarla çoxlu data yığıb, onları təhlil edir. Bu təhlil də gələcək hadisələr üçün ehtimalları hesablamağı mümkün edir.
Fəlsəfə elmi proqnozların doğru və ya etik olub-olmadığını, elmin məqsədini, biliyin mahiyyətini və məhdudiyyətlərini müzakirə edir - biz niyə proqnoz veririk, proqnozlar hansı dəyəri daşıyır, elmin cəmiyyətə təsiri necə olmalıdır, laboratoriya dovşanı öldürmək etikdirmi kimi sualları soruşur.
Elmin özəllikləri - empirik, eksperimental, falsifikasiyaya açıq, riyazi formalizm, kvantitativ proqnozlar;
Fəlsəfənin özəllikləri - konseptual, məntiqi tutarlılıq, normativ və metafizik suallar, empirik təsdiq meyarı yoxdu.

d) elmi araşdırma və kəşflər etmə metod və üsulları bəllidi və öyrədiləbiləndi, fəlsəfənin filosoflar tərəfindən üzərində uzlaşılan bəlli və standart bir araşdırma, düşünmə metodu mövcud deyil. Yə’ni, hər filosofun özünəxas bir fəlsəfə etmə forması var.
e) elmə söykənərək, onun tətbiqi olan texnologoyalar yaradıla bilir, fəlsəfədə belə bir imkan yoxdu. Fəlsəfə bir düşünmə (nəzəriyyə) və praksisdi, bir meydanagətirmə (production) deyil. Yə’ni, ondan elmdən olduğu kimi bir texnikanın, texnologiyanın, sənətin çıxması gözlənilmir.
Amma fəlsəfənin tarix boyu ən çox əməkdaşlıq etdiyi, özündən ən çox tə’sirlənib, özünün də ən çox tə’sir göstərdiyi ən vacib mədəni-insanı fəaliyyət elm olub. Fəlsəfə insanı, kainatı, toplumu tanımaq və bilmək məqsədinə yönəldiyi üçün müxtəlif elmlərin bu mövzulardakı araşdırmalarının nəticələrindən xəbərdar olmamaq lüksünə sahib deyil. Elmin məqsədi də doğru bilgi olduğu üçün, o doğru bilginin imkanı, şərtləri, qaynaq və sərhədləri mövzusunda özünə yol göstərə biləcək, tənqid edəcək fəlsəfi araşdırmaların nəticələrinə laqeyd qala bilməz. Fəlsəfədə yaradıcı zəkaya, bilgi yığınına, intuasiya və duyğulara daha böyük ehtiyac duyuruq.

Comments
Post a Comment