Skip to main content

Aki Kaurismaki Le Havre barədə - Müsahibə

- Le Havre şəxsi filmindi?

- Yox, bu, o qədər də şəxsi deyil. 30 illik bacarığımı ortaya qoyub, çinli bir qadının alt yazı olmadan anlayacağı film çəkməyə cəhd etmişəm.

- The Man Without a Past Oskarda mükafat qazananda siz orda iştirak etməkdən imtina etdiz, çünki İraq müharibəsinin əleyhinə idiz. Yenə Finlandiyadan namizəd sizin film - Le Havredi...

- O zaman mən "partimud"da deyildim. İndi vəziyyət fərqlidi: ABŞ-ın demokratik hökuməti var. Bilmirəm, bu yaxşı ya pis rəhbərlikdi, amma mənim baykotum sona çatıb. (film mükafat qazanmadı - qeyd.)

- Le Havre necə yarandı? Doğulduqları ölkələrdən qaçmaq məcburiyyətində qalan insanların gettikcə pisləşən vəziyyətlərindən yola çıxmısız, yoxsa, sadəcə Fransada daha bir film çəkmək istəmisiz?

- Bu fikir bir müddətdir beynimdəydi, amma harda çəkəcəyimi bilmirdim. Əslində, bu hekayə Vatikan xaric, istənilən Avropa ölkəsində baş verə bilərdi. Finlandiyada da olmaz, çünki ora heç miqrantlar da maraq göstərmir. (gülür)
Ən uyğun yerlər isə, bir az yumşaq demək mümkünsə, bu problemin daha çox yaşandığı Yunanıstan, İtaliya və İspaniya ola bilərdi. Amma mən sahil boyu gəzərkən, axtardığımı blues, soul və rock'n roll şəhəri Le Havredə tapdım.

- Fransada şüarımız "azadlıq, bərabərlik və qardaşlıq"dır. Deyəsən, siz təkcə qardaşlıq anlayışı üzərində dayanmısız.

- Qardaşlığı hər yerdə, hətta Fransada da görə bilərsiz. Digər ikisi isə həmişə daha aktual olub.

- Bu filmdə balıqçılar arasındakı qardaşlıq balaca uşağı xilas edir. Amma bugünkü real həyatımızda belə olmur, elə deyil?

- Ümid edirəm ki, bu, hələ də belədi. Əks halda, bu, Inqmar Bergmanın tez-tez dediyi gələcək - qarışqa cəmiyyətində yaşadığımız anlamına gəlir.

- Yaşadığımız dünyanın vəziyyəti daha dəhşətli bir şəkildə pis olmağa doğru gedir, siz isə insanlığa olan inamınızı daha sərt formada qorumağa çalışırsız. Ümidsiz optimistə dönürsüz?

- Həmişə o nağıldakı Qırmızıpapaqlı qızın canavarı yeməsini istəyirəm. Amma həqiqi həyatda Wall Street-dəki solğun insanlardansa canavarları seçirəm.

- Ssenarini yazmaq üçün miqrantlarla görüşmüsüz?

- Xeyr, amma başqa formalarda onlarla birlikdə olmuşam.

- Miqrantlığı simvolizə etməsi üçün afrikalı uşağı istifadə etmisiz. Gənclik ümidin simvolu idi?

- Filmlərimdə simvollar yoxdu, amma hələ o qədər güclü olmasa belə, öz yaşıdlarımdan daha çox gənclərə güvənirəm. Ən azından, uşaq rolunu oynayan və sərhədləri olmayan Blondin Miguelə güvənirəm.

- Bu filmlə aktyor ailənizin sayını artırdız. Məsələn, Jean-Pierre Daroussin. Amma o, sanki həmişə sizin ailənin bir parçası olub...

- Əlbəttə, ortalıqda gəzirdi, amma əvvəllər rol almasına razı olmamışdım. Axşamlar studiyanı təmizləmək işinə baxırdı.

- Fransız aktyorları idarə etmək çətindi?

- Yox, bu, bir imtiyazdı.

- La Vie De Bohéme ilə birgə 1950-ci illər - müharibə sonrası Fransasının əbədi və dəyişməz halını göstərmişdiz. O dövrlər sizin üçün özəldi?

- Mən bir az ləngəm. Modern memarlıq mənim gözlərimi ağrıdır. 70-ci illərdə hər tərəf daha eleqant görünməyə başlamışdı. Yaxşı ki, həmişə bir keçmiş var.

- Le Havre filmi beyninizdəki kimi alındımı?

- Aşağı-yuxarı, hə. Ümid edirəm, alınıb...

Comments

  1. Le havre çox yorucu gəldi mənə, ümumiyyətlə aktyorların ağzından söz güclə çıxır. Sanki müəyyən qədər səhnənin vaxtını uzadıb ki 90dəqiqə tamamlansın. Dialoqlar çox qısa, müddətiysə uzundur.

    ReplyDelete
  2. Məncə bu gözəl səhnəni izləyicilərinlə bölüşməlisən.
    https://youtu.be/FQVqpmid-_w

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...