Skip to main content

Knut Hamsun - Aclıq (Sult) - Video

 


Knut Hamsunun Aclıq romanı haqqında bu fikirləri eşitmək adi haldı: "o, ac qalsa da, qürurundan əsla əl çəkmədi. Ədalət hissi, vicdan və digər keyfiyyətlərə hər zaman sadiq qaldı". Bütün bunlara etiraz etmək mümkün deyil. Amma Hamsunun məhz bu keyfiyyətlərə etdiyi vurğu o qədər güclüdür ki, roman və onun baş qəhrəmanı bir müddət sonra məndə qəribə antipatiya yaratmağa başladı. Sanki, Hamsun israrla oxucuya deməyə çalışır: "bax ha, mənim qəhrəmanım vicdanlıdı, dürüstdü. O, çox yüksək əxlaqi keyfiyyətlərə sahibdi". Müəllifin öz həyatını romana daşıdığı iddiasını fakt kimi qəbul etsək, bu israr dözülməz ikrah hissi oyadır və kitab boyu insanı tərk etmir. Bəlkə də, məhrumiyyətlərə müti halda dözməyi, ac olanda bəxşişlərdən əsassız imtinanı müsbət məziyyətlər saymadığım üçün bu qəhrəmanla sona qədər bağlantı qura bilmədim, bilmirəm. Məsələn, mağaza satıcısının səhvən ona verdiyi qalığı sonradan qaytarması səhnəsi kifayət qədər emosional yük daşısa da, məndə hansısa təsir yaratmadı. Və ya redaktorun ona yazı yazmaq üçün etdiyi avans təklifindən imtina etməsi səhnəsi.

Kitabı oxuyub, aclıq hiss etdiyini deyənlər də çoxdu. Bu təsirin mümkün olub-olmadığını mübahisələndirmək niyyətində deyiləm, sadəcə deyim ki, aclığın ağırlıq dərəcəsi artdıqca sağqalma instinktinin təsiri daha aydın hiss edilməli, insan beynini məşğul edən digər suallar tamamilə yoxa çıxmalıdır. Aclıq ən böyük sınaqdır və ac insandan filosof olmaz.

Romanın çox səmimi və təsirli olduğu anlar da var. Qəhrəmanın sevdiyi qadından pul qəbul etməsi səhnəsi zamanı hətta Hamsunun üzündəki qırmızı pərtliyi də görmək olur. Amma bu səhnənin sonluğunda da qəhrəman ani dəlilik və dürüstlük üsyanına qaldığı yerdən davam edir. Əsər boyu qəhrəmanla empatiya qurmaq üçün belə insanların var olduğunu düşünməyə çalışdım. Hərçənd buna şübhəm yoxdur, əlbəttə, var. Amma həmin insanların varlığı məndə heç bir ekstra hiss oyatmadı. Belə insanların varlığına sevinmək, buna müsbət, yüksək əxlaqi keyfiyyət kimi baxmaq ac olan milyonlarla insandan da eynisini tələb etmək ehtiyacı oyadır. Halbuki, ac insanların bəlkə də 90%-nin ac olmasında onların öz günahları yoxdu. Və onlar əksər hallarda fürsətcil, zorakı və vəhşi təbiətə sahib olurlar. Ki, normal olan da budu. Bunlar başqa söhbətin mövzusudur, əsərlə davam edək.

Aclıqda qəhrəmanı bütün bu vəziyyətlərdən çıxaracaq, onu sevdirib, anladan bir hissə var: "Bir insan həssasdır deyə illah ki dəli olmaq məcburiyyətində deyil. Önəmsiz şeylərlə yaşayan və sərt bir sözdən ölə biləcək adamlar var". Hamsun öz qəhrəmanını çox qısa amma mükəmməl şəkildə təsvir edib. Və məhz buna görə, romanı bütün bu emosional təcavüzə rəğmən oxumağa dəyər.

Mövzu olduqca sadədi: yarıac-yarıtox dolaşan yazıçı qəzetlər üçün məqalələr yazmağa və onunla dolanmağa çalışır. Ancaq qazandığı məbləğ həddən artıq azdı və buna görə, yazıçı növbəti qazanca qədər ac dolanmalı olur. Bu müddətdə ev sahibi ilə problemlər yaşayır, dəfələrlə öləcəyini düşündüyü anlar olur və s. Bütün bu problemlərin arasında vaxt tapıb eşqə də düşür. Xırdalıqlara girmək ehtiyacı yoxdu, ac insan barədə ağlınıza nə gəlirsə, bizim qəhrəman onların hamısını yaşayır.

Bu arada, mənim əsər haqqımda dediklərim sadəcə onun məndə yaratdığı emosional reaksiyalardı. Bu, əsərin dünya, xüsusilə skandinav ədəbiyyatına yeni bir istiqamət qazandırması fikrini inkar etmir. Əsərin gücü onun aclıq fenomeninə poetik bir atmosfer qazandırmasındadı. Əsərdə olduqca dramatik anları sadə komediya elementləri, yumoristik səhnələr izləyir. Bu da oxucunu əsərdən qopmağa qoymur. Aclığın təsvir dili olduqca güclüdü və onu asanlıqla kinemotoqrafik əsər də adlandırmaq olar. Onun əsasında iki film də çəkilib. 1966-cı ildə lentə alınan eyniadlı filmdə baş rolu Per Oscarsson canlandırır. Məhz onun möhtəşəm performansına görə bu filmi izləməyə dəyər. Əslində, filmdə diqqət çəkən yeganə məqam elə aktyor ifasıdı. Əsərdən birbaşa şəkildə kinoya köçürülən bütün filmlərin taleyini Aclıq də yaşayıb: həmin o şey ola bilməyib…

Knut Hamsun deyəndə, şübhəsiz ki, ədəbiyyat çevrəsi ilk olaraq onun Hitler simpatizanlığını xatırlayır. Bu müəllifə ölkəsində də indiyə qədər davam edən ikili yanaşmanı ortaya çıxarıb. Məhz bu mövzunu işləyən film də var. 1996-cı ildə çəkilən Hamsun filmi yazıçının gündəlik həyatı və Hitlerlə bağlı düşüncələrinə, yaşadıqlarına işıq salır. İkinci dünya müharibəsindən sonra etibarını itirən, onu bərpa etməyə çalışan yaşlı Hamsunun aciz portreti bu filmlə yaradılıb. Filmdə əsas cəhd Hamsunun Hitler simpatiyası, faşizmi dəstəkləməsində əsas səbəbin şəxsi mənafe olmadığını, bunu Norveç xalqının gələcəyi üçün etdiyini göstərməkdi.

Əlbəttə, Hamsunu bağışlayıb-bağışlamamaq, olduğu kimi qəbul edib-etməmək hər kəsin öz məsuliyyətidi. Amma bugünkü vəhşi idarəetmə sistemlərini dəstəkləyən yaltaq sənət adamları sürüsü barədə eyni şeyi demək olmaz. ***

Comments

  1. Wynn casino draftcard - DRMCD
    Wynn casino 제주도 출장샵 draftcard - DRMCD · 성남 출장샵 Visit website of Wynn's table games and casinos · Visit website of Wynn's casino 하남 출장마사지 table games and casinos · 성남 출장샵 Visit website of 경상남도 출장샵 Wynn's casino table

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...