Skip to main content

Alejandro González Iñárritu - Ağrıların rejissoru | Bioqrafiya

 


Alejandro González Iñárritu - Ağrıların rejissoru

Alejandro González Iñárritu çəkdiyi filmlərdə insan ağrıları, "normal olmayan" həyat tərzi və fərqli yerlərdə eyni emosiyaları paylaşan hekayələrin uzlaşmasına diqqət çəkir. Bunu rejissorun əsas xarakteristik özəlliyi də saymaq olar. Bu qısa yazıda müəllifin bioqrafiyasına nəzər salacağıq.

Alejandro González Iñárritu kimdir?

Iñárritu 15 avqust 1963-cü ildə, Meksika paytaxtında anadan olub. Bankir atası, Iñárritu 5 yaşında olanda müflisləşir. Kasıblıq onun təhsilinə də mane olur, 16-17 yaşlı Alejandro pis qiymət və davranışlarına görə məktəbdən qovulur. 16-18 yaş aralığında gəmidə işə başlayır, Avropaya, Afrikaya səyahət edir. Özünün də dediyinə görə, bu səyahət onun yaradıcılığına çox böyük təsir göstərib. Geri qayıdandan sonra kommunikasiya üzrə universitet təhsili də ala bilib.

Karyerasına 1984-cü ildə radio aparıcı kimi başlayır. Bu müddətdə Robert Plant, David Gilmour, Elton John, Bob Geldof və Carlos Santana kimi adamlarla intervyülər edir, kiçik audiohekayələr yazır. Bir müddət sonra latın amerikasının ən böyük mass media kompaniyası - Televisa-da ən gənc prodüser kimi işləməyə başlayır. 1987-1989-cu illərdə 6 film üçün musiqi bəstələyir. Filmlərində musiqiyə böyük önəm verməsini də musiqi karyerası ilə əlaqələndirmək olar. Bu müddətdə meksikalı yazıçı Guillermo Arriaga ilə tanış olur və bu tanışlıq onun yaradıcılığında dönüş nöqtəsinə çevrilir.
1990-ların əvvəlində Z films prodakşnı qurur və qısa, reklam filmlərinin çəkilişlərinə başlayır. Burada da ssenarist, prodüser, rejissor kimi çalışır.


Ölüm trilogiyası (Death Trilogy)


1) Amores perros (2000)

2000-ci ildə González Iñárritu özünün Amores perros adlı ilk bədii filmini çəkir. Ssenarisi Guillermo Arriaga ilə birgə yazılan filmin Cannes film festivalında premyerası olur. Amores perros buradan kinokritiklər həftəsi qranprisi mükafatı ilə dönür. Sonradan Meksikada məşhur aktyorlardan birinə çevrilən. Gael García Bernal da kinodebütünü bu filmdə edir. Film Arriaga və Iñárritunun Ölüm trilogiyasında ilk filmdir.

2) 21 Grams (2003)

Üçləmənin ikinci filmində Benicio del Toro, Naomi Watts və Sean Penn kimi aktyorlar iştirak edir. 21 Grams Venesiya film festivalında yarışır və Sean Penn buradan ən yaxşı aktyor üçün nəzərdə tutulan Volpi Cup mükafatı ilə dönür.

3) Babel (2006)

Trilogiyanın son filmi də üslubu baxımından ilk ikisi qədər uğurlu alınır. Bu dəfə coğrafiya genişlənir, hadisələr Mərakeş, Yaponiya, Meksika və ABŞ-da baş verir. Bir-biri ilə əlaqəsi olmayan, fərqli coğrafiyalardan olan şəxslərin həyat hekayələrinin uzlaşması - hiperlink kino müəlliflərə uğur gətirir. Filmin musiqisini Gustavo Alfredo Santaolalla yazır. O, öncəki iki filmdə də müəliflərlə birgə işləyib. Film Cannes film festivalında Iñárritu-ya Ən yaxşı rejissor mükafatını qazandırır. Gustavo Santaolalla isə Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanır.

4) Biutiful

Javier Bardemin möhtəşəm performansı və möhtəşəm hekayə nəticəsində Biutiful Iñárritu-nun şöhrətini xeyli artırır. Javier Bardem bu performansına görə Cannes festivalında Ən yaxşı aktyor nominasiyasında qalib elan edilir.

5) Birdman

Birdman bəzi kinokritiklərə görə rejissorun Hollywod-da keçidinin başlanğıcı kimi də xarakterizə edilir. Iñárritu filmi single-shot formasında çəkməyə qərar verir və bunu belə izah edir: biz həyatımızı montajsız yaşayırıq. Çəkiliş prosesində təkkadr formatı alınmasa da, montajla belə təəssürat yaradılır. Qara yumora keçidini rejissor belə əsaslandırır: “Əslində, 50 yaşımı tamamlayanda öz-özlüyümdə qəfil bir panika yaşadım. "İçimdəki yumoru itirirmiş kimi hiss edirdim. Dünyadakı ağrılardan bezmişdim. Hər gün eşitdiyimiz lənətlik xəbərlərdən mənfi təsirlənirdim və sözün açığı, bir az nəfəs almaq ehtiyacı hiss etdim.
Həyatımızı montajlaya bilmədiyimizi dərk etdim. Yəqin ki, bunu anlayan sonuncu adam mənəm... Baxın, heç bir texniki müdaxilə edə bilmirik. Gözlərimizi açandan bəri kamera qarşısına qoyuluruq və tək etdiyimz şey danışmaq və xatirələrlə əlləşməkdi.
Aktyorların işi çətindi. Onlar kimsənin anlamadığı bir işi görürlər. Özləri olmadan özləri olmağa çalışmaq kimi. Bu işin məğzini heç vaxt anlamayacağam. Üç dəqiqə əvvəl danışıb zarafatlaşdığınız adama "kamera", "işıqlar" - deyirsiz, o da tamamilə fərqli bir ölçüyə keçir. Bu, çox çətindi…”

6) The Revenant

Yəqin ki, əksəriyyət The Revenant-ı Leonardo DiCaprio-ya Oskar mükafatı qazandıran film kimi tanıyır. Filmin çəkilişi isə həddən ağır şərtlərdə keçib. Film xronoloji ardıcıllıqla çəkilib. Gün ərzində çəkiliş qrupunun təbii işıqda qüsursuz çəkiliş üçün cəmi 90 dəqiqəsi olub. Film, əvvəlcə single-shot formasında nəzərdə tutulsa da, hava şəraiti buna imkan verməyib.

2020-ci ildə rejissorun Meksikanın 1990-lar dövrü barədə film çəkməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı. Sonradan film barədə yeni xəbərlərin çıxmaması pandemiya ilə əlaqələndirilmişdi.

Iñárritu özünü fərqli sahələrdə də yoxlayır. Onun virtual reallıq (VR) proyekti Carne y Arena 2017-ci ildə Cannes film festivalında nümayiş etdirilib. Rejissor 2019-cu ildə Cannes film festivalının jüri heyətinə də rəhbərlik edib.


Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım