Skip to main content

PTSD - Post-müharibə dövrünün bəlası - Video

 


Azərbaycanda PTSD, PSP və ya PTSP - posttravmatik stress pozuntusu haqqında son vaxtlar daha çox danışılmasının səbəbi açıqdı: müharibədən yeni çıxmış cəmiyyət olaraq, bu hallarla rastlaşma tezliyimiz dəyişib.

Yəqin ki, belə hekayələri çox eşidirsiz: Müharibə görmüş əsgərin kibritlə siqareti yandırılanda qəfil davranış dəyişikliyi, yuxuda sayıqlaması, fləşbəklər, kabuslar yaşaması, daimi ölüm təhlükəsi hiss etməsi və ətrafı təhlükə kimi xarakterizə etməsi… Bioloji varlıq olaraq ən böyük hədəfimiz sağ qalmaqdı və bunun üçün təhlükələrdən qaçmalıyıq… Meşədə qəfil bir ayı ilə rastlaşanda bədənin avtoreakisyası olan - döyüş-qaç-don aktivləşir və biz seçim edirik. PTSD-si olanlarda isə bu reaksiya əsasən pozulur. Hətta real təhlükə olmayanda belə DQD reaksiyası aktivləşir. Amma bu problemlərlə təkcə müharibə qurbanları rastlaşmır.

PTSD - Post-traumatic stress disorder

PTSP, PSP - Posttravmatik stress pozuntusu birbaşa təcrübə və ya şahidlik edilmiş dəhşətli hadisələrdən qaynaqlanan psixi sağlamlıq vəziyyətidir.

Həyatımız boyu bir və ya bir neçə travma təcrübəsi yaşayır, bəlkə də əksəriyyətini uzunmüddətli təsirlər olmadan aşa bilirik. Amma milyonlarla adam fləşbəklər, kabuslar və neqativ düşüncələrin əsirinə çevrilir. PTSD şəxsi zəifliklərdən qaynaqlanmır. Bu hal təhlükəli təcrübələrin öhdəsindən gəlməyimizə imkan verən bəlli bioloji mexanizmlərin pozulmasından ortaya çıxır və yaxşı xəbər odur ki, müalicəsi mümkündür.

PTSD-ni anlamaq üçün beynin bəzi çətinlikləri necə işlədiyini bilmək lazımdı: sevimli birinin ölümü, məişət zorakılığı, yaralanma, xəstəlik, istismar, təcavüz, müharibə, avtoqəza və ya təbii fəlakət kimi şeylər. Bu hadisələr beynin döyüş-qaç-don xəbərdarlıq sistemini aktivləşdirən təhlükə və acizlik kimi duyğuları ortaya çıxarır. Bu sistem aktivləşəndə HPA oxu olaraq da bilinən hypothalamic, pituitary, and adrenal systemləri parasympathetic sinir sisteminə siqnal göndərmək üçün birlikdə işləyir. Bu, ürək ritmi, həzm və tənəffüs kimi funskiyaların tənzimlənməsinə kömək üçün böyrəküstü vəzilər və daxili orqanlarla əlaqə yaradan şəbəkədi.

Bu siqnallar vücudu bir çox fərqli stress hormonu ilə dolduran və bədəni özünümüdafiə üçün hazırlayan fizioloji dəyişikliklərə səbəb olan kimyəvi dalğanı başladır. Ürək ritmi sürətlənir, tənəffüs çətinləşir, əzələlər gərilir. Böhran bitəndən sonra belə, artmış stress hormonu səviyyəsi günlərlə eyni qala, gərginliyə, kabuslara və başqa simptomlara səbəb ola bilir. Əksər insanlarda, bu, stress hormonu səviyyəsi qaydasına düşəndə - bir neçə gün və ya həftə içində yoxa çıxır. Amma bəzilərində qalıcı problemlər yaradır. Narahatlıqlar bəzən yoxa çıxır, aylar sonra yenidən qayıdır. Beyində nələr olduğunu tam olaraq bilmirik, amma nəzəriyyələrdən biri budu: stress hormonu co’rtisol bütün beyin funksiyasını azaldıb bir neçə neqativ simptoma səbəb olarkən, davamlı şəkildə döyüş-qaç-don reaksiyasını aktivləşdirir.

Bu simptomlar 4 kateqoriyaya ayrılır:

- yuxu və fləşbəklər kimi müdaxiləçi düşüncələr,
- travmanın xatirələrini önləmək,
- qorxu, qəzəb və günahkarlıq kimi neqativ düşüncələr və duyğular
- əsəbilik, yatmaq çətinliyi kimi reaktiv simptomlar.

Hər kəs bütün simptomları göstərmir və ya eyni ölçü və sıxlıqda təcrübə etmir. Problemlər bir aydan çox çəkirsə, əsasən PTSD diaqnozu qoyulur. Genetik, davamlı şəkildə bezdirici stress və əvvəldən var olan psixi problem, ya da mənəvi dəstək çatışmazlığı kimi çoxlu risk faktoru kimlərin PTSD-dən əziyyət çəkdiyini müəyyən etməkdə rol oynayır. Amma altdakı səbəb hələ də tibbi bir sirrdi.

PTSD-nin öhdəsindən gəlməkdə ən böyük çətinlik beynin əsl travma ilə bağlantı qurmasını təmin edən triggerlərin - tətikləyicilərin nələr olduğunu tam proqnozlaşdıra bilməməkdi.

Bunlar təbiəti etibarilə təhlükəli olmayan, amma güclü fiziki və emosional reaksiyaları xatırladan günlük hadisələr ola bilər. Kamp ocağının qoxusu yanan bir evdə bağlı qalmağı xatırlada bilər. PTSD-si olan biri üçün bu xatirə əsl hadisədəki eyni sinir sistemi kimyası ilə əlaqəli dalğalanmanı aktivləşdirə bilər. Bu, ardınca sanki həmin şeyləri yenidən yaşayırlarmış kimi eyni panika və acizlik duyğusunu oyada bilər. Yəni, travmanız bağlı otaqda yanğın vaxtı qalmaqdır, ocaq qoxusu həmin anı sanki yenidən yaşayırmışsız təəssüratını yaradır.

Bəzən proqnozlaşdırıla bilməyən bu triggerləri görməzdən gəlmə izolyasiyaya səbəb ola bilər. Bu insanların duyğularının önəmsənməmiş, laqeyd yanaşılmış, yanlış anlaşılmış kimi hiss etmələrinə şərait yaradır.

Əgər PTSD-dən əziyyət çəkdiyinizi düşünürsüzə, psixi sağlamlıq mütəxəssisi ilə görüşün ki, sizi çoxlu fərqli qaynağa yönləndirsin. Psixoterapiya PTSD üçün faydalı ola bilər. Xəstələrin triggerlərini daha yaxşı anlamarına kömək edə bilər. Bəlli dərmanlar simptomları daha kontrol ediləbilən edər.

Tanıdığınız əsgər və zabitlərdə də belə hallar müşahidə edirsizsə, mütləq mütəxəssisə yönləndirin. Mövzunu onlarla birlikdə biz də davam etdirəcəyik. Hələlik! 

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım