Skip to main content

Posts

Showing posts from January, 2021

Qəhrəman Sovet ordusu - Video

  27 yanvar tarixin çirkli səhifələrindən birinin bağlandığı gündü. Auschwitz həbs düşərgəsi məhz həmin gün qəhrəman Sovet orudusu tərəfindən azad edildi. 7000 yəhudini xilas edən bu hadisə tarixə möhtəşəm bir ordunu zəfər və sülh simvolu kimi daxil etdi. Bəli, Qızıl Ordu bütün Avropanı faşizmdən xilas etmişdi. Qəhrəman əsgərlər öz qanları və canları hesabına milyonlarla insanın xilaskarına çevrilmişdi. Və bu, çılpaq həqiqət idi... Sovetlər bundan məharətlə istifadə etdi. Kino, ədəbiyyat, musiqi, rəsm - bütünlüklə sənət məhz bu simvolu əbədiləşdirmək üçün səfərbər edildi. Sovet vətəndaşının hafizəsinə gülərüzlü, qadınlara ətirli güllər paylayan, işgəncə kamplarında zərər görənləri ordan xilas edən bir obraz həkk edildi. Təxminən yarım əsrlik bu qəhrəmanlıq nağılları 1990-larda dağılmağa başladı. Qəhrəman ordu, öz ölkəsinin müxtəlif şəhərlərini qana boyadı. Amma yaddaşında qəhrəman əsgər portreti qalanların bəzi həqiqətləri öyrənməsi illər çəkdi. Bəzilərinə isə, bu, ümumiyyətlə müəs...

"Kino mütləq müstəqil olmalıdır"

  Ötən ilin sentyabr ayında qonaq olduğum Əkinçi proyektində Azərbaycan kinosunun mövcud durumu, kinoya dövlət müdaxiləsi və onun nəticələrindən danışdım.

The mind, explained - Mini Serial

“Netflix” əsasən əyləncə yüklü platforma sayılsa da, sənədli seriallara da burada çox rast gəlmək olar. Bəziləri əsasən köhnə üslubda çəkilsə də, tamamilə yeni formatlı, informasiya yükü çox olanlarını da tapmaq mümkündür. Bu gün onlardan biri – “The Mind, Explained” mini-serialı haqqında danışacam. “Explain” - bir mövzunun A-Z açıqlanması tərzi media və sənədli film tərzində xüsusi yerə sahibdir. “Vox” bu mövzuda maraqlı nümunələri ilə həmişə öndə olan platformalardan olub. “Netflix” məhz bu formatı qısa sənədli-serial şəklinə salıb və insanın ən maraqlı üzvünə - beyinə fokuslanıb. “The Mind, Explained” beyinlə bağlı ən müxtəlif mövzuları açıqlamağa çalışır. Və bunu xüsusi qrafik elementlərlə gözünüzü ekrandan çəkə bilməyəcəyiniz qədər maraqlı edir: "Xatirələrimiz nə qədər güvəniləndir?" , "niyə yuxu görürük?" , "narahatlıq nədən qaynaqlanır?" , "meditasiya ilə zehin-kontrol mümkün ola bilərmi?" , "psixodelik maddələrin beyinə təsiri necə ...

Kim Ki-Duk özünü izah edir

  Akademik təhsil almayan, kinoda “sınamaq-yanılmaq” metodu ilə böyük uğurlar qazanan Kim ki-Duk 2020-ci ilin 11 dekabrında, 59 yaşında Covid-19 -a yoluxaraq, Latviyada həyatını itirdi. Dünya poetik-kinosunun ən məşhur simalarının birindən geriyə xeyli sayda möhtəşəm filmlər qalıb. Spring, Summer, Autumn, Winter ... And Spring, Pietà, Arirang, Samaritan Girl, 3-Iron, The Net, Human, Space, Time and Human kimi filmləri dünya kinosuna qazandıran Kim Ki Duk 2017-ci ildən başlayaraq, müxtəlif vaxtlarda aktrisalara qarşı seksual zorakılıqla ittiham olunmağa başladı, hətta məhkəmədə cərimələndi də.  Bu müsahibədə, o, rejissorluğa başlaması, çəkdiyi filmlər və s. mövzulara toxunur. " "Mən hansısa akademik təhsil almadan və hansısa bir film qrupuna daxil olmadan, tamamilə şəxsi macəra kimi başlamışam bu hekayəyə. İnsanlığa baxıb, insanı incələyib, onun problemləri ilə maraqlanaraq özümü inkişaf etdirdim. Öz beynimdəki düşüncələri hekayələrə çevirib, onlardan filmlər çəkdim. Zaman...

Knut Hamsun - Aclıq (Sult) - Video

  Knut Hamsunun Aclıq romanı haqqında bu fikirləri eşitmək adi haldı: "o, ac qalsa da, qürurundan əsla əl çəkmədi. Ədalət hissi, vicdan və digər keyfiyyətlərə hər zaman sadiq qaldı". Bütün bunlara etiraz etmək mümkün deyil. Amma Hamsunun məhz bu keyfiyyətlərə etdiyi vurğu o qədər güclüdür ki, roman və onun baş qəhrəmanı bir müddət sonra məndə qəribə antipatiya yaratmağa başladı. Sanki, Hamsun israrla oxucuya deməyə çalışır: "bax ha, mənim qəhrəmanım vicdanlıdı, dürüstdü. O, çox yüksək əxlaqi keyfiyyətlərə sahibdi". Müəllifin öz həyatını romana daşıdığı iddiasını fakt kimi qəbul etsək, bu israr dözülməz ikrah hissi oyadır və kitab boyu insanı tərk etmir. Bəlkə də, məhrumiyyətlərə müti halda dözməyi, ac olanda bəxşişlərdən əsassız imtinanı müsbət məziyyətlər saymadığım üçün bu qəhrəmanla sona qədər bağlantı qura bilmədim, bilmirəm. Məsələn, mağaza satıcısının səhvən ona verdiyi qalığı sonradan qaytarması səhnəsi kifayət qədər emosional yük daşısa da, məndə hansısa təs...

Kedi filmi | istanbul pişikləri - Video

  Kedi 2016-cı ildə İstanbul Beynəlxalq Müstəqil Filmlər Festivalında premyerası olan sənədli filmdi. Filmin rejissoru və ssenaristi Ceyda Torundu. Film ABŞ, Türkiyə, Kanada və Avstraliya kinofestivallarında yarışıb. Mövzu olduqca sadədi: Kamera müxtəlif pişiklərin gözündən İstanbul şəhərinə və onun insanlarına, gündəlik həyatlarına nəzər salır.  80 dəqiqəlik film dünyanın məşhur kinokritiklərindən müsbət rəylər alıb. Indiwire Kedini 2017-ci ən yaxşı müstəqil filmləri sırasında göstərib, belə rəy verib: "Pişiklərlə onları xoşbəxt etməyi peşə etmiş insanlar arasında bənzəri olmayan bağı səhnəyə daşıyan Kedi təkcə pişiklərlə maraqlanan yox, bütün heyvansevərlər üçün gözəl bir film izləmə təcrübəsi vəd edir". Variety filmə 100 ballıq sistemlə 90, TIME isə 80 verib. Filmin ən böyük üstünlüyü pişik azadlığını kameraya daşıya bilməsidir. Bu fokus pişiksevərləri bu canlılara, antik pişik şəhəri olan İstanbula növbəti dəfə heyran edir. Burada pişiklər olduqca sərbəstdi: binaların dam...

Kollektivet filmi | ideallarının qurbanına çevrilən qadın - Video

  Kollektivet - ideallarının qurbanına çevrilən qadın Kino, ümumiyyətlə sənət bizə paralel dünyalar qurmaq fürsəti verməsi baxımından əvəzsiz bir vasitədi. Bu mənada bu gün haqqında danışacağımız film möhtəşəm sənət əsəri sayılmasa da, eksperimental iş olduğu üçün onu izləməyə dəyər. Söhbət 2016-cı ilin Danimarka istehsalı olan Kollektivet filmindən gedir. Filmin rejissoru Thomas Vinterbergdi. Dogma 95 proyekti ilə məşhurlaşan Thomas 19 yaşınadək Kopenhagendəki bir kommunada böyüyüb. Film mükafatlar barədə zəngin deyil. Onun baş rol ifaçılarından biri - Trine Dyrholm Berlin Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa nominasiyasında Gümüş Ayı mükafatını əldə edib. 1970-lərin Danimarkasında keçən filmin mövzusu belədi: Erikə bir böyük imarət miras qalır və o xərcləri ödəyə bilməyəcəyi üçün evi satmaq istəyir. Həyat yoldaşı Anna isə ərini kommuna halında yaşamağa vadar edir. Bir qızı da olan ailə qismən tanıdıqları və hətta tanımadıqları bir neçə şəxsi evə yığıb, icma halında yaşam...