Kürd kinosu, xüsusilə son 30-40 ildə dünya festivallarında böyük rəğbət qazanan, poetik dili, sərt realizmi və siyasi konteksti ilə seçilən bir "müəllif kinosu" (art-house) cərəyanıdır. Bu filmlər adətən sərhədlər, köç, müharibənin uşaqlar üzərindəki təsiri və şəxsiyyət axtarışı mövzularına toxunur. Yılmaz Güneyin Yol (1982) filmi Kürd kinosunun dünyaya açılan qapısı hesab olunur. Cannes festivalında a’li Palme d'Or mükafatını qazanıb. O, özü haqda ayrıca bir materiala layiqdir. Filmlərin seçimində mövzuların tam əhatə olunmasına diqqət etməyə çalışdım. Turtles Can Fly (2004) Rej: Bahman Ghobadi 2004-cü il istehsalı olan Kürd müharibə-dram filmidir. Süjet İraq-Türkiyə sərhədində üç qaçqın uşağın ətrafında cərəyan edir; onlar amerikalıların İraqa daxil olaraq Səddam Hüseyni hakimiyyətdən devirməsini gözləyirlər. 2003-cü ildəki İraq işğalından sonra çəkilən ilk film idi. Qaçqın düşərgəsində minaları təmizləyərək pul qazanan uşaqların gözü ilə müharibənin dəhşətləri göstər...