Skip to main content

Posts

Seçilən

Dəyərlər və Əxlaq: Nietzsche fəlsəfəsində əxlaqın kökləri, Genealogiya, Ağa və Kölə Əxlaqı, Ressentiment

Recent posts

Epstein sənədləri - Riyakarlığın Anatomiyası

  “Epstein sənədləri” əsasında ABŞ və Avropada hakim sinfin əməllərinin dəhşətinin miqyasını təsəvvür etmək üçün hər gün yeni informasiyalar yayılır. Hadisələr hiperzənginliyin belə bir sistemdə necə pozula biləcəyini göstərdi. İşin ən sarsıdıcı tərəfi hüquq sisteminin sadə vətəndaşlar və "imtiyazlılar" üçün fərqli işləməsidir. Mən təsəvvür belə etmirəm ki, bu cinayətkar qrup sıravi insanlardan ibarət olsaydı, onlarla rəftar necə olardı… Və ya Trumpın ritorikasını. Təsəvvür etməyə çalışıram ki, 6 milyona yaxın səhifəsinin olduğu deyilən “Epstein sənədləri”nin əvəzində 5-6 səhifəlik immiqrantlardan ibarət bir şəbəkənin əməllərini ifşa edən cızma-qara yayılsaydı, nələr baş verərdi. Kütləvi deportasiya, Trumpın xəstəlik, pozulma ritorikası və s. İndi dünyanın əsas güc mərkəzinin prezidentinin adı dünyanın ən iyrənc sənədlərində gəzir və sanki, hadisəyə toplumda adekvat reaksiya da yoxdur. Üstəlik, bu fayllar kapitalist sistemin ən qaranlıq tərəfini üzə çıxarır: insanın (xüsusilə...

Kürd Kinosundan 6 şahəsər film

  Kürd kinosu, xüsusilə son 30-40 ildə dünya festivallarında böyük rəğbət qazanan, poetik dili, sərt realizmi və siyasi konteksti ilə seçilən bir "müəllif kinosu" (art-house) cərəyanıdır. Bu filmlər adətən sərhədlər, köç, müharibənin uşaqlar üzərindəki təsiri və şəxsiyyət axtarışı mövzularına toxunur. Yılmaz Güneyin Yol (1982) filmi Kürd kinosunun dünyaya açılan qapısı hesab olunur. Cannes festivalında a’li Palme d'Or mükafatını qazanıb. O, özü haqda ayrıca bir materiala layiqdir. Filmlərin seçimində mövzuların tam əhatə olunmasına diqqət etməyə çalışdım. Turtles Can Fly (2004) Rej: Bahman Ghobadi 2004-cü il istehsalı olan Kürd müharibə-dram filmidir. Süjet İraq-Türkiyə sərhədində üç qaçqın uşağın ətrafında cərəyan edir; onlar amerikalıların İraqa daxil olaraq Səddam Hüseyni hakimiyyətdən devirməsini gözləyirlər. 2003-cü ildəki İraq işğalından sonra çəkilən ilk film idi. Qaçqın düşərgəsində minaları təmizləyərək pul qazanan uşaqların gözü ilə müharibənin dəhşətləri göstər...

Kürd məsələsinə - “Traktor Sazi” stadionundan baxış: Selektiv Humanizm

  “Traktor Sazi” fevralın 1-də lider “Sepahan”la qarşılaşacaq. Özü də öz meydanında - Təbrizdə, “Səhənd” stadionunda… Uzun illərdir, imkan tapdıqca “Traktor Sazi” oyunlarını izləyirəm. “Səhənd”də olmaq, ora sızmaq üçün müxtəlif hiylələr hesablamalı olan qadınları izləmək, o möhtəşəm təpədə, və ya stadion atmosferində aidlik duyğusunu təcrübə etmək isə hələ nəsib olmayıb. Bu gün kürd problemi və onunla bağlı müzakirələrə hazırlaşanda məhz bunu xatırladım. Mənsubiyyət hissi, Aidlik duyğusu - insanın fundamental ehtiyaclarından biridir. İranın azərbaycanlılar yaşayan hissəsinə duyulan bağlılıq, mənimçün sadəcə etnik kök məsələsi deyil, həm də ədalət axtarışıdır. Oradakı "Traktor Sazi" azarkeşlərindən tutmuş mədəni fəallara qədər insanların sərgilədiyi davranışı, aksiyalarını aqressiv şovinizm kimi yox, "Reaktiv Millətçilik" kimi görmüşəm həmişə. Fars millətçiliyinin hegemoniyası və assimilyasiya siyasəti qarşısında türklüyün bir "qalxan"a çevrilməsi, siyasi...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Kommunizm yeganə seçim olanda - Žižek İrandan yazır

  İranın milli səviyyədə sabitliyi pozan su böhranına qarşı aciz reaksiyası hər kəs üçün bir xəbərdarlıq siqnalı olmalıdır. Daha çox cəmiyyətlər planetar sərhədləri zorladıqca, öz varlıqlarına qarşı təhdidlərlə üzləşəcəklər və bir zamanlar kəskin (radikal) və ya utopik görünən reaksiyalar sağlam düşüncə (common sense) kimi qəbul edilməyə başlayacaq. Bu günün dünyasında bütün antaqonizmlərimiz və sağ qalmaq uğrunda mübarizələrimiz harada kəsişir? Bizim universal çətin vəziyyətimizi təcəssüm etdirən vahid bir nöqtə varmı? Bu Qəzza, Ukrayna, Sudan və ya Myanmarın şimalındakı fırıldaqçılıq (scam) mərkəzləri deyil. Bu - Tehrandır. İran paytaxtı sadəcə suyun tükənəcəyi "sıfır günü"nü ("day zero") sayır. Üstəlik, o, tək deyil. İranın böyük hissəsi tələbatın təbii təchizatı daimi olaraq üstələyəcəyi "su iflasına" doğru sür’ətlə gedir. İran Prezidenti Məsud Pezeşkian (Masoud Pezeshkian) indi paytaxtın köçürülməsindən və əhalinin (təxminən on milyon nəfər) evakuasiy...

İran etirazları və "Şah" simvoluna - SÖZARDI

  İstənilən mövzu barədə düşünəndə parçalı bilgilərdən və qərəzlərimizdən yola çıxıb, obyektiv həqiqətə çatmağa çalışırıq. Bu istiqamətdə çoxşaxəli problemi sadə nəticələrə reduksiya edirik. Hazırda davam edən İran etirazları üçün də bu məntiq keçərlidir: bunlar Qərbin oyunudur, iranlılar şah istəyir və s. Britaniya, ABŞ mediası üçün etirazçılar "Şahçı" kimi görünə bilərlər; çünki mikrofona danışan həmin qrupun səsi daha gurdur və Qərb üçün "Şah" obrazı başa düşülən, təhlükəsiz, "kostyumlu" bir alternativdir. Amma Bəlucistanda, Kürdüstanda, Təbrizdə və ya Tehranın yoxsul məhəllələrindəki etirazçıların Şahla heç bir əlaqəsi olmaya bilər. Onlar bəlkə də, ki, böyük ehtimalla, sosial ədalət və ya sadəcə çörək istəyirlər. Biz "Baxış A"nı həqiqət kimi qəbul edirik, halbuki, "Şahçı şüarlar" bəlkə də sadəcə mediada "trend" olanlardır. Bizim "iranlılar Şah istəyir" zənnimiz, bəlkə də, real İran xalqının səsini deyil, Qərb med...

Məktəblərdə kart sistemi - Foucault ilə analiz

  Uşaqlar bizim gələcəyimizdir. Bu sözü bir güc fiqurunun işlətməsi nə qədər xoşməramlı görünsə də, bir o qədər təhdidkardır. Qafqazinfo yazır ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbdə şagirdlərin davranış və dərs nailiyyətlərinin sarı, qırmızı və yaşıl kartlarla qiymətləndirilməsi valideynlərin narazılığına səbəb olub. Sistem yeni yaradılıb, qırmızı vizual kart ən aşağı qiymətləndirmədir və üzərində bu sözlər yazılıb: “Sənin davranışın məktəb qaydalarına ciddi zidd olub. Bu kart intizam komissiyasında müzakirə olunacaq məsələdir. Unutma: səhv etmək insani haldır, amma onu təkrarlamamaq məsuliyyətli addımdır.” Məktəbi intizam məkanı kimi görmək lazımdır. Foucault deyir ki, məktəb sadə təhsil müəssisəsi deyil, gücün gündəlik, incə və çoxsaylı texnikalarla tətbiq olunduğu bir intizam məkanıdır. Güc - sirkulyasiyadadır ifadəsi məhz bu toru yaxşı aydınlaşdırır. Gücün müxtəlif intizam məkanlarında (məktəb, xəstəxana, həbsxana və s.) müxtəlif idarəetmə mex...